Müasir incəsənət festivalı “Gecə zərifdir” adlı sərgi ilə başlanacaqdır
Bakı, 11 may (AZƏRTAC). Mayın 13-dən 23-dək “Park Bulvar” ticarət və istirahət mərkəzində “Qarant Sığorta” şirkətinin dəstəyi ilə müasir incəsənət festivalı keçiriləcəkdir.
“Park Bulvar” ticarət və istirahət mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil ediləcək festival “Gecə zərifdir” adlı sərgi ilə başlayacaqdır.
Bir çox ölkələrdə qeyd olunan “Muzeydə bir gecə” tədbirinin formatından fərqli olaraq Bakıda keçiriləcək festivalın məqsədi mümkün qədər çox insanı Azərbaycanın müasir incəsənət əsərləri ilə tanış etməkdən ibarətdir.
Azərbaycanın 20 müasir rəssam və heykəltəraşı ən yaxşı əsərlərini bu festivalda təqdim edəcəklər. İştirakçılar isə bəyəndikləri əsərləri əldə etmə imkanı qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]
Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad
- 08.09.2026 [22:07]