Müasir müstəqil Azərbaycanın uğurlu inkişafı Heydər Əliyev siyasətinin bəhrələridir
Bakı, 6 may (AZƏRTAC, Samirə Allahverdiyeva). Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar mayın 6-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsində tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, internat və məcburi köçkün məktəblərindən ümumilikdə 400 uşağın iştirak etdiyi tədbir dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açmışdır. O vurğulamışdır ki, müasir müstəqil Azərbaycanın uğurlu inkişafı Heydər Əliyev siyasətinin bəhrələridir. Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən idarə rəisi Heydər Əliyevin parlaq xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını demişdir.
Müasir müstəqil Azərbaycanın memarı və qurucusunun həyat və fəaliyyətindən bəhs edən filmin nümayişindən sonra tədbir uşaqlar üçün konsert proqramı ilə davam etmişdir.
Ümummilli lider Heydər Əliyevə həsr olunmuş fotosərgi ilə tanışlıqdan sonra uşaqlara Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin hədiyyələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]