Müasir telekommunikasiya xidmətlərinin həcminin artırılması ilə bağlı kampaniyaya başlanılmışdır
Bakı, 20 noyabr (AZƏRTAC). Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhərində vətəndaşlara göstərilən müasir telekommunikasiya xidmətlərinin həcmini artırmaq məqsədilə, eləcə də 6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə əlaqədar kampaniya başlamışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, kampaniya çərçivəsində 2 telefon çəkdirən abunəçi (əhali və təşkilat) üçün bir telefon çəkilişi pulsuz sənədləşdirilir. Eyni zamanda, CDMA nömrələrinin şəbəkəyə pulsuz qoşulması və genişzolaqlı internet (ADSL və ayrılmış xətt) və İP-TV xidmətlərinin pulsuz qoşulması təmin edilir. Bununla yanaşı, 3 meqabit-saniyə (mbit\san) və yuxarı sürətlə genişzolaqlı internetə yeni qoşulan istifadəçiyə 3 ay müddətində əlavə 1 Mbit/san sürət bonus verilir. Bakı şəhər ərazisində daşınan İP telefon nömrəsi 20 manat tariflə sənədləşdirilir.
Güzəştli tariflərin tətbiq olunduğu yeni kampaniya dekabrın 31-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]