MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 11-dən 13-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO və tərəfdaş ölkələrin nümayəndələri üçün hazırlıq kursu və Roma şəhərində (İtaliya Respublikası) “Kombined Endeavor-03” çoxmillətli sülhməramlı komanda-qərargah təlimi konsepsiyasının planlaşdırılması konfransı keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.