MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Naxçıvan Muxtar Respublikasındakı “N” hərbi hissəsinin aşağıda adları göstərilən hərbi qulluqçuları dekabrın 23-də kəskin hava şəraitində öz xidməti vəzifələrini yerinə yetirərkən çovğuna düşmüş və həlak olmuşlar:
1. Leytenant Rüstəmov Elxan Orduxan oğlu - 20 iyul 1979-cu ildə anadan olub, 2001-ci ilin dekabr ayında Nəsimi rayon hərbi komissarlığından çağırılmışdır.
2. Leytenant Hacıyev Sadiq Rasim oğlu - 17 oktyabr 1979-cu ildə anadan olub, 2002-ci ilin mart ayında Xanlar rayon hərbi komissarlığından çağırılmışdır.
3. Əsgər Novruzov Arzu Elşən oğlu - 22 aprel 1983-cü ildə anadan olub, 2001-ci ilin iyul ayında Naxçıvan şəhər hərbi komissarlığından çağırılmışdır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbr diləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]