RƏSMİ XRONİKA
MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUR
RİTA-SÖTA agentliyinin verdiyi xəbərə görə, iclası Rusiya Prezidenti Boris Yeltsin açmışdır. Dövlət başçıları 10 məsələ müzakirə etmişlər. Bunların arasında “Müstəqil Dövlətlər Birliyi inteqrasiyasının inkişafının əsas istiqamətləri haqqında” və “Birliyin inteqrasiyasının inkişafının perspektiv planı haqqında” Dövlət Başçıları Şurasının memorandumu, İqtisadi İttifaqın Dövlətlərarası İqtisadi Komitəsinin yaradılması, Tədiyə İttifaqının yaradılması, Dövlətlərin Avrasiya İttifaqının təşkilinə dair Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təklifi barədə məsələlər var.
Qələbənin 50 illiyinə hazırlıq planı ilə əlaqədar Vətən müdafiəçilərinin və Böyük Vətən müharibəsi qurbanlarının xatirəsini əbədiləşdirmək tədbirlərinə dair dövlətlərarası proqram nəzərdən keçirilmişdir.
Birliyin orqanları prezidentlərin müzakirəsinə layihələrin sanballı bir paketini təqdim etmişlər. Buraya milli azlıqlara məxsus şəxslərin hüquqlarının təmin edilməsi haqqında müahidə, beynəlxalq təşkilat və məclislərdə MDB-nin təmsil olunması qaydası barədə sənəd və digər sənədlər daxildir.
Məlum olmuşdur ki, MDB dövlətləri başçıları görüşünün gündəliyindəki bütün on əsas məsələ və iki protokol məsələsi görüşün iştirakçıları tərəfindən qəbul edilmişdir. Görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında Boris Yeltsin bildirmişdir ki, görüş iştirakçıları Dövlətlərarası İqtisadi Komitə yaradılmasına yekdilliklə tərəfdar çıxmışlar. Komitənin iqamətgahı Moskvada olacaqdır.