Mun Ce-in: KXDR-ABŞ danışıqları tezliklə bərpa olunacaq
Bakı, 16 sentyabr, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) və ABŞ arasında işçi səviyyədə danışıqlar tezliklə bərpa olunacaq. Cənubi Koreya sülh prosesini tam dəstəkləməkdə davam edəcək.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreyanın dövlət başçısı Mun Ce-in Prezident sarayında komandasının üzvləri ilə həftəlik görüşündə deyib. Prezident bu danışıqların Koreya yarımadasında sülh prosesinin güclənməsinə xidmət edəcəyini bildirib.
Danışıqların dəqiq vaxtı və yeri barədə ətraflı açıqlama verməyən Prezident Mun Ce-in ölkəsinin Vaşinqton-Pxenyan dialoqunu fəal şəkildə dəstəklədiyini, danışıqların səmərə verməsi üçün səylərini əsirgəməyəcəyini deyib. Mun Ce-in BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sessiyası çərçivəsində Birləşmiş Ştatların Prezidenti Donald Tramp ilə görüşündə bu mövzunu müzakirə edəcəyini də vurğulayıb.
Cənubi Koreya lideri sessiya zamanı BMT-dən və beynəlxalq ictimaiyyətdən Koreya sülh prosesinə daha çox diqqət ayrılmasını istəyəcəyini deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]
Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək
- 16.06.2026 [11:47]
Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər
- 16.06.2026 [11:45]
Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib
- 16.06.2026 [11:39]
Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar
- 16.06.2026 [11:25]
Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar
- 16.06.2026 [11:15]
Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər
- 16.06.2026 [11:12]