Musiqi məktəbində şanlı Zəfərimizə həsr olunmuş tədbir
Bakı, 1 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizə həsr olunmuş tədbir keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə məktəbin xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdləri vətənpərvərlik ruhlu çıxışlar ediblər.
Konsertdə musiqi məktəbinin şagirdi Xalidə Bayramova (müəllim - Rəna Əliyeva), müəllimlər Sənan Rüstəmov, Araz Həmidzadə, Kürsüm Bağıyeva, Gülnarə Həsənova, konsertmeysterlər Sevda Rəhimova, Aybəniz Əliyeva çıxış edərək Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib, şəhidlərimizin əziz xatirəsini anıblar.
Konsert məktəbin yutub kanalı üzərindən yayımlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]