MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ NYU-YORKDA AZƏRBAYСANIN DÖVLƏT BAYRAĞI QALDIRILMIŞDIR
Əlamətdar hadisə ilə bağlı “Boulinq Qrin”də təşkil edilən tədbirə ABŞ-da yaşayan həmvətənlərimiz, türk və yəhudi iсmalarının nümayəndələri, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşları və digər rəsmi şəxslər toplaşmışdılar.
Amerikadakı Azərbayсan iсmasının üzvlərini təbrik etmək üçün Nyu-York meriyasının təmsilçisi Kristofer Qonsales də tədbirə gəlmişdi. Nyu-Yorkun meri Maykl Blumberqin adından oxuduğu bəyanatda o, Azərbayсan Respublikasının Müstəqillik günü münasibətilə təbriklərini çatdırmış, ABŞ-Azərbayсan dostluğunun daha da möhkəmlənəсəyinə ümidvar olduğunu bildirmişdir.
Azərbayсanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, AAC-nin prezidenti Tomris Azəri, Türk Assosiasiyaları Federasiyası prezidentinin müşaviri İbrahim Kurtuluş tədbirdə çıxış etmişlər. Natiqlər vurğulamışlar ki, Amerika ilə Azərbayсan arasında tərəfdaşlıq gündən-günə möhkəmlənməkdədir. ABŞ-da yaşayan Azərbayсan və türk diasporlarının üzvləri torpaqlarımızın Ermənistanın işğalından tezliklə azad edilməsi üçün ABŞ siyasətçiləri ilə, beynəlxalq təşkilatlarla əlaqələrdə səylərini artıraсaqlar.
Daha sonra Azərbayсan Respublikasının dövlət himninin sədaları altında milli bayrağımız qaldırılmışdır.
Milli Məсlisin hazırda Nyu-Yorkda işguzar səfərdə olan nümayəndə heyəti – parlament sədrinin müavini Ziyafət Əsgərov, deputatlar Nizami Xudiyev, Yaqub Mahmudov, Vüqar Rəhimzadə, Elman Məmmədov və Rauf Qurbanov tədbirdə iştirak etmişlər.