Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar respublikanın təhlükəsizlik orqanları qayğı ilə əhatə olunub

Naxçıvan, 28 mart, AZƏRTAC

1918-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti vətənimizin qarşılaşdığı daxili və xarici təhlükələri nəzərə alaraq 1919-cu il martın 28-də Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsini yaradıb. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalı burada milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirərək ərazi orqanlarının yaradılması səylərini yarımçıq qoydu.

Təhlükəsizlik orqanlarının inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan Respublikasında təhlükəsizlik orqanlarının inkişafı, bu sahədə fəaliyyətin xalqımızın milli maraqlarına uyğun qurulması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin”, - deyən Ulu Öndərimizin ötən əsrin 60-cı illərində Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbərliyə gəlməsi bu qurumun tarixində milli prioritetlərin müəyyənləşməsi kimi xarakterizə edilən yeni dövrün başlanğıcı kimi qəbul olunur. Böyük şəxsiyyətin Azərbaycan xüsusi xidmət orqanlarına rəhbərliyi illərində kadr potensialının formalaşdırılması, təhlükəsizliyin təminatında xalqımızın milli maraqlarının ön plana çəkilməsi və qorunması məqsədilə mühüm tədbirlər həyata keçirilib. Ulu Öndər xalqımızın mənafelərini, milli-mədəni irsini, milli dəyərlərini sovet rejiminin amansız təhdidlərindən qorumaq naminə böyük iradə və dəyanət nümayiş etdirib.

Ümummilli Lider muxtar respublikanın təhlükəsizlik və müdafiə problemlərinin həllinə xüsusi diqqət yetirib

Müstəqilliyin ilk illərində ölkəmizdə baş verən hərc-mərclik, silahlı birləşmələrin mərkəzi hakimiyyətə tabe olmaması, separatçılıq meyillərinin güclənməsi, digər tərəfdən Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti və o dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi Azərbaycanın milli təhlükəsizliyinə qarşı ciddi təhdidlər yaratmışdı. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında siyasi, sosial-iqtisadi, hərbi sahələrdə yaşanan böhran vəziyyəti daha da ağırlaşdırmışdı. Bu dövrdə ulu öndər Heydər Əliyevin öz doğma yurdu Naxçıvana qayıtması və siyasi fəaliyyətə başlaması xalqın itən inamını özünə qaytardı. Həmin dövrdə Ermənistan tərəfdən işğal təhlükəsi ilə üzləşən, blokadaya alınan muxtar respublikanın siyasi-iqtisadi tənəzzüldən çıxarılması, hərbi təhdidlərdən xilas olması yalnız Ulu Öndərin həyata keçirdiyi çevik və uğurlu siyasət nəticəsində mümkün olmuşdu.

Ümummilli Liderimiz muxtar respublikanın təhlükəsizlik və müdafiə problemlərinin həllinə də xüsusi diqqət yetirib, bu məqsədlə xüsusi xidmət orqanlarında mühüm islahatlar həyata keçirib. Belə ki, 1991-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin tabeliyində olan Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyəti dayandırılıb. 1992-ci il sentyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin yaradılması haqqında qərar qəbul edilib.

Dahi şəxsiyyətin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Prezident İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb. Naxçıvan Muxtar Respublikasında da idarəetmə strukturu təkmilləşdirilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2015-ci il 18 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.

Milli maraqların etibarlı qorunması və təhlükəsizliyin hərtərəfli təmin edilməsi yeni yaradılan Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında milli təhlükəsizliyin təmin edilməsi qarşıda duran başlıca vəzifədir”.

Muxtar respublikanın Dövlət Təhlükəsizliyi Xidməti ötən dövrdə böyük nailiyyətlər əldə edib

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti ötən dövrdə dövlət siyasətinin həyata keçirilməsində və sabit ictimai-siyasi mühitin yaradılmasında uğurlu fəaliyyət göstərib, dövlətimizin milli mənafelərinin qorunmasını təmin edib. Bu gün Xidmət dövlət təhlükəsizliyinin keşiyində dayanmaqla yanaşı, həm də yeni dövrün çağırışlarına hazır olmaqla gələcəyin təminatçısı funksiyasını yerinə yetirir. Ötən dövrdə Xidmətin əməliyyat fəaliyyətinin bütün aparıcı istiqamətləri üzrə həyata keçirdiyi tədbirlər nəticəsində təhlükəsizliyimizə və milli maraqlarımıza qarşı yönəlmiş cinayətkar əməllərin vaxtında aşkarlanması və qarşısının alınması istiqamətində uğurlu nəticələr əldə olunub. 

Dövlət quruculuğu prosesində yaxından iştirak edən Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti muxtar respublikanın ictimai-siyasi, elmi-mədəni mühitinin inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin bütün istiqamətləri üzrə işin səmərəli təşkilində, ən başlıcası vətəndaşların təhlükəsizliyinin təmin olunmasında digər dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Bu gün təhlükəsizlik xidməti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hüquq-mühafizə orqanları qarşısında mühüm vəzifə kimi qoyduğu ümumprofilaktik tədbirlərin keçirilməsi işini də daim diqqət mərkəzində saxlayır. Əməkdaşlar tərəfindən gənc nəslin milli və əxlaqi dəyərlərə, adət-ənənələrimizə, dövlətçiliyimizə sadiq, vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Mütəmadi olaraq əhali arasında maarifləndirici söhbətlər aparılır, onlara ölkə vətəndaşlarını şirnikləndirici, aldadıcı vədlərlə qanunazidd və cinayətkar əməllərə sövq etməyə çalışan ayrı-ayrı təşkilatlar, eləcə də son dövrlər beynəlxalq aləmi təhdid edən radikal, qeyri-ənənəvi dini qruplaşmalar və onların pozuculuq fəaliyyətləri barədə ətraflı məlumatlar verilir.

Naxçıvanın təhlükəsizliyi yüksək səviyyədə təmin olunub

Bu gün milli maraqlarımızın və təhlükəsizliyimizin müasir səviyyədə təmin olunması üçün bütün zəruri tədbirlər həyata keçirilir. Ötən dövrdə xidmətin maddi-texniki bazası davamlı olaraq gücləndirilib, rayon şöbələri üçün yeni inzibati binalar tikilərək istifadəyə verilib. Bütün bunlarla yanaşı, kadr heyətinin vətənpərvər, ixtisaslı, savadlı gənclərlə komplektləşdirilməsi, bacarıqlı kadrların irəli çəkilməsi, işin günün tələbləri və dəyişən əməliyyat şəraitinə uyğun qurulması xidməti fəaliyyətin yüksək səviyyədə təşkilinə və aparılmasına şərait yaradıb. 

Son dövrlər milli təhlükəsizlik məsələləri daha da aktuallaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Ölkəmizin hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır”.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bundan sonra da dövlət müstəqilliyimizin, təhlükəsizliyimizin və mövcud sabitliyin qorunması istiqamətində bütün qüvvə və səyini səfərbər edəcək.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub