NABUKKO LAYİHƏSİNƏ DAİR HÖKUMƏTLƏRARASI MÜQAVİLƏNİN MƏTNİ TƏRƏFDAŞ ÖLKƏLƏRƏ GÖNDƏRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər Ankarada səfərdə olan ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Bayden Qreylə görüşdən sonra bəyan etmişdir ki, Nabukko layihəsində iştirak edən bütün tərəfdaşlara yaxın zamanlarda imzalanacaq müqavilənin mətni göndərilmişdir.
Hilmi Gülər bildirmişdir ki, ABŞ adiministrasiyası, Avropa İttifaqı və Türkiyə hökuməti həmin layihənin tezliklə həyata keçirilməsində maraqlıdırlar. Nazir demişdir ki, amerikalı diplomatla görüşdə Nabukko layihəsi ilə yanaşı, “Şahdəniz” qazı və İraqın enerji ehtiyatları məsələləri də müzakirə olunmuşdur.
Türkiyə Prezidenti Abdullah Gül iyulun 11-də axşam Bayden Qreylə şam yeməyi süfrəsi arxasında söhbət etmişdir. Söhbət zamanı Azərbaycan və Türkmənistan təbii qazının Türkiyə ərazisindən Avropaya nəqli və mavi yanacağın bir hissəsinin Türkiyənin enerji ehtiyaclarının ödənilməsinə ayrılması məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]