Narkotik vasitə ilə tutulmuş şəxsin evdən pul oğurlaması da müəyyənləşdirilib
Bakı, 10 avqust, AZƏRTAC
Evdən və bank hesabından pul oğurlayan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə ilə tutulmuş R.Mirzəyevlə bağlı aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 1500 manat pul oğurlamasını da müəyyənləşdiriblər.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində X.Süleymanovanın bank hesabından 750 manat pul oğurlamaqda şübhəli bilinən qohumu M.Süleymanov yaxalanıb.
Faktlarla bağlı təhqiqat aparılır.