Naxçıvan karateçiləri ölkə birinciliyində uğurlu nəticələrə nail olublar
Naxçıvan, 2 noyabr, AZƏRTAC
Azərbaycan Milli Karate Federasiyasının yeniyetmə və gənclər arasında keçirdiyi 21-ci respublika birinciliyində iştirak edən Naxçıvan Karate-do Federasiyasının 6 idmançısından 3-ü mükafatçılar sırasına düşüb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Vətən müharibəsində qazanılan Zəfərin ildönümünə həsr olunmuş yarışın nəticələrinə əsasən 18-20 yaş kateqoriyası üzrə İmran Həsənov (-60 kiloqram), 16-17 yaşlılarda Fatimə Bədəlova (59 kiloqram) və 18-20 yaşlılar arasında Rəşad Qasımov (-67 kiloqram) bürünc medal qazanıblar.
İdmançılara diplom, medal və xatirə hədiyyəsi təqdim olunub.