Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyası yenidən qurulub

Naxçıvan, 27 mart, AZƏRTAC

Martın 27-də Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyası yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Behruz Əzimov çıxış edərək deyib ki, Maye-Qaz Anbarında və Qazdoldurma Stansiyasındakı binalar, çənlər, elektrik avadanlıqları, borular və digər avadanlıqlar 1961-ci ildə istismara verilmişdi. Bütün avadanlıqlar və tikililər istismara yararlılıq müddətini başa vurmuş, kompressor və nasoslar köhnəlmiş, istismara yararsız vəziyyətə düşmüşdü. Həmçinin alternativ enerji mənbəyi olmadığından enerji kəsilən zaman çətinliklər yaranırdı. Eyni zamanda, müəssisə yaşayış binalarının əhatəsində yerləşdiyindən təhlükə yaradırdı. Ali Məclis Sədrinin tapşırığından sonra müvafiq ərazi seçilərək müasir kompleks inşa olundu. Bu da imkan verəcəkdir ki, muxtar respublika əhalisinin, müəssisə və təşkilatlarının maye qaza olan tələbatı tam ödənilsin. Behruz Əzimov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün ölkəmizdə insan amilinə yüksək qiymət verilir. İnsanların təhlükəsiz və rahat yaşayışı diqqətdə saxlanılır. Muxtar respublikada da bu istiqamətdə tədbirlər görülür. Uzun illərdir fəaliyyət göstərən Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyası istismar müddətini başa vurmuşdu. Bu da həmin ərazidə yaşayanlar və işçilər üçün təhlükə yaradırdı. Ona görə də Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının yenidən qurulması üçün qərar qəbul edildi, ərazi seçildi, vəsait ayrıldı və bu işlər həyata keçirildi. Yaradılan şərait kollektivin iş şəraitinin yaxşılaşdırılmasına, eləcə də əvvəlki ərazidə yaşayan insanların təhlükəsizliyinin təmin olunmasına imkan verəcəkdir. Görülən işlər ölkəmizin inkişafının göstərici olmaqla yanaşı, həm də dövlətimizin insan amilinə verdiyi qiymətin daha bir ifadəsidir.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada bütün yaşayış məntəqələri qazlaşdırılıb. Lakin qaz balonlarından istifadə edən təsərrüfat adamlarının, xüsusilə maye qazla işləyən avtomobillərin sayı artır. Tələbatın ödənilməsi üçün, ilk növbədə, müasir mərkəz qurulmalı idi. Bundan sonrakı mərhələdə isə rayon mərkəzlərində qazdoldurma stansiyaları qurulacaqdır. Həyata keçirilən bu tədbirlər nəticəsində yeni iş yerləri də açılacaqdır.

Ali Məclisin Sədri deyib: Müasir Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının istifadəyə verilməsi muxtar respublikada fövqəladə halların qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Çünki ötən il muxtar respublikada fövqəladə hallar zamanı müəssisə və təşkilatların işinin təşkilinə dair keçirilən müşavirədə qarşıya qoyulan əsas vəzifələrdən biri də Naxçıvan Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının yenidən qurulması idi. Müşavirədən ötən dövrdə müvafiq tədbirlər görülmüş, təhlükəli hallar müəyyənləşdirilərək aradan qaldırılmışdır. Hazırda muxtar respublikada bütün təşkilatlar və obyektlər fövqəladə hallara tam hazırdır.

Ali Məclisin Sədri Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının qurulmasında əməyi olanlara təşəkkürünü bildirib, kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

Məlumat verilib ki, yeni tikilmiş Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasında ümumi tutumu 200 kubmetr olan 4 çən qurulub. Çənlərdə 95,2 ton maye qaz saxlamaq mümkündür. Yenidənqurma işləri zamanı təhlükəsizlik qaydalarına və standartların tələblərinə tam əməl olunub. Müəssisədə müasir soyutma, işıqlandırma və video-nəzarət sistemləri, hava kompressoru, reduktor, rəqəmsal generator, 3 tərəzidən ibarət elektron dolma aparatı və təhlükəsizlik açarları quraşdırılıb, yanğınsöndürmə avadanlıqları qoyulub. Elektron dolma aparatı vasitəsilə 40 saniyədə istənilən ölçüdəki balonları doldurmaq mümkündür. Yeni nasoslar isə saatda 15 ton maye qaz boşaltmaq gücünə malikdir.

Müəssisədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən 24 saat təhlükəsizliyə nəzarət olunur. Hər hansı bir təhlükə yarandıqda həyəcan siqnalı işə düşür və sistem avtomatik olaraq bütün avadanlıqları bağlayır. Eyni zamanda, çənlərin üzərindəki qoruyucu açarlar da yüksək təzyiq olduğu zaman avtomatik olaraq açılır, təzyiq normala düşdükdə isə bağlanır. Bundan əlavə müəssisədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tutumu 2,5 ton olan köpük çəni quraşdırılıb.

Ərazidə maye qazla işləyən avtomobillər üçün yanacaqdoldurma məntəqəsi də istifadəyə verilib.

Ali Məclisin Sədri təhlükəsizlik tədbirlərinə ciddi əməl olunması, ərazidə yaşıllıqların salınması və muxtar respublikanın rayonlarında da qazdoldurma məntəqələrinin qurulması barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb