Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında Novruz sevinci yaşanıb

Naxçıvan, 20 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında Novruz bayramı hər il yüksək nailiyyətlərlə qarşılanır, baharın gəlişi quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunur.

Şərur

Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur şəhərinin Heydər Əliyev prospektindəki geniş meydanında “Xonçalı Novruz gəlir” adlı ümumrayon şənliyi keçirilib.

Yazın gəlişini, Novruzu təmsil edən müxtəlif şüar və plakatlarla bəzədilmiş meydanda rayon Mədəniyyət və Turizm Şöbəsi musiqi və teatr kollektivlərinin hazırladıqları əyləncəli, rəngarəng proqramlar bayram şənliyinə toplaşanların alqışları ilə qarşılanıb. Tonqal ətrafında rəqs edənlərin, yallı gedənlərin, halay tutanların çıxışları, əllərində baharın rəmzi olan səməni gəzdirən qızların meydan boyu rəqsləri, Keçəl və Kosanın Novruz əhval-ruhiyyəli məzəli hərəkətləri və zarafatları hər kəsin diqqətini çəkib. Tamaşaçılar bəzədilmiş faytonla meydana daxil olan Bahar qızı alqışlarla qarşılayıblar.

“Arpaçay” instrumental ansamblının müşayiəti ilə müğənnilərdən Cabbar Əliyev, Fərman Allahverdiyev, Həqiqət Mehdiyeva, Coşqun Hüseynov, Samir Quliyev və başqaları Novruzu, baharı vəsf edən nəğmələr və xalq mahnıları ifa ediblər. Ələkli və Yuxarı Daşarx kəndlərindəki uşaq musiqi məktəblərinin sazçalanlar ansamblları aşıq mahnıları ifa edib, qara zurnanın səsi ətrafa yayılıb. Doğma Azərbaycanımızı beynəlxalq xalq yaradıcılığı festivallarında məharətlə təmsil edən və Vətənə həmişə yüksək mükafatlarla dönən yallı kollektivlərinin birləşmiş rəqsləri şənliyi daha da rövnəqləndirib. Meydana daxil olan Bahar qızı tədbir iştirakçılarını salamlayıb.

Tədbir iştirakçılarına ictimai iaşə xidməti də göstərilib.

Şənlikdə arzular, diləklər də bildirilib, el ağsaqqalı Dədə Qorqudun, xalq qəhrəmanı Babəkin igidliyə, birliyə, mərdliyə səsləyən müdrik kəlamları xatırlanıb.

Novruz şənlikləri rayonda xalqımızın birliyinin, yenilməzliyinin, əyilməzliyinin, keçmişimizə sadiqliyinin, gələcəyə böyük inamının simvolu kimi əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edilib. Şənlik xalqımızın qədimliyini, ululuğunu, yekdilliyini bir daha nümayiş etdirib və hər bir kəsdə xoş əhval-ruhiyyə yaradıb.

Babək rayonu

Novruz bayramı münasibətilə Babək rayonunda da şənlik keçirilib. Tədbirin aparıcıları rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edərək bildiriblər ki, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Novruz bayramı həm də təbiətin canlanmasının, gecə ilə gündüzün bərabərləşdiyi günün qeyd olunmasıdır.

Bayram tədbirində mədəniyyət və incəsənət nümayəndələrinin ifalarında Novruzu, baharı vəsf edən mahnılar oxunub, xalq mahnıları, aşıq havaları səsləndirilib. Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb. Xalq çalğı alətləri, nağaraçalanlar və sazçalanlar ansambllarının ifaları, rayon Mədəniyyət evinin yallı qrupunun təqdim etdikləri rəqslər şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Müxtəlif milli oyunlar, qədim məişət əşyaları, milli mətbəx nümunələri və şirniyyatlar, adət-ənənələrimiz, folklorumuz nümayiş etdirilib.

Ordubad rayonu

Ordubad rayonunda bayram şənliyində iştirak edənlərə xeyir-dua vermək üçün el ağsaqqalı Dədə Qorqud meydana gəlib. Xalqımıza əmin-amanlıq, xoş günlər arzulayıb.

Sonra bayram tonqalı yandırılıb. Tonqal ətrafında milli rəqslərimiz ifa olunub, Novruza aid şeirlər söylənilib. Rayonun mədəniyyət evlərinin folklor qruplarının çıxışları alqışlarla qarşılanıb.

“Xanbəzəmə” oyun-tamaşası Ordubadda hər il keçirilən Novruz şənliklərində təqdim olunan əsas ənənələrdəndir. Budəfəki kompozisiya da tədbir iştirakçılarında yüksək ovqat yaradıb. Tədbirdə rayon Mədəniyyət evinin “Dübəndi” instrumental ansamblı üzvlərinin ifasında Novruza, yazın gəlişinə həsr olunan mahnılar səsləndirilib.

Qeyd edək ki, bayram şənliyində yerli istehsal məhsullarından ibarət ictimai iaşə xidməti göstərilib, əl işlərindən ibarət sərgi təşkil edilib.

Culfa rayonu

Əsrlərin sınağından çıxmış milli dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı Culfa rayonunda da yüksək səviyyədə qeyd edilib.

Ulu Dədə Qorqudun müdrik kəlamları, alqış və xeyir-duası ilə başlanan şənlikdə tonqal alovlandırılıb, xalq yaradıcılığı nümunələri sərgilənib. Bahar qızı, Kosa və Keçəlin iştirakı, onların duzlu-məzəli zarafatları ilə keçən bayram tədbirini mahnı və rəqs kollektivlərinin töhfələri rövnəqləndirib. Bayram şənliyində Gülüstan mədəniyyət evinin hazırladığı rəqs, Milax kənd mədəniyyət evinin folklor kollektivinin hazırladığı “Tənzərə” yallısı, Kırna mədəniyyət evinin hazırladığı “Gəlin­bacı” xalq oyunu, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Azər Cəfərlinin “Töhfəmiz olsun”, Culfa Şəhər Uşaq Musiqi Məktəbinin nağaraçalanlar ansamblı­nın “Azərbaycan ritmləri”, balabanda Kamil Abbasovun xalq mahnısı “Çoban Qara”, Üzeyir Hacıbəyovlinin “Arşın mal alan” operettasından Sahib Əliyevin və Sura Məmmədlinin təqdim etdikləri bir parça, digər mahnı və rəqslər şənlik iştirakçılarında bayram ovqatını daha da artırıb.

Tədbirin aparıcıları Novruzun əsl birlik bayramına çevrildiyini və ümumxalq bayramı kimi hər il böyük təntənə ilə qeyd olunduğunu bildiriblər.

Vurğulanıb ki, Culfa rayonunda da hər il bu bayram yüksək əhval-ruhiyyə ilə qarşılanır. Bu bölgəmiz də müstəqillik illərində müasir bir rayona çevrilib. Culfa şəhərində, kənd yaşayış məntəqələrində tikinti­quruculuq tədbirləri geniş vüsət alıb. Bu da culfalılara böyük sevinc və fərəh bəxş edib. Bu il də Culfa rayonunun sakinləri Novruz bayramını qeyd etmək üçün bir araya gəliblər.

Şənliyə toplaşan tamaşaçıların alqışları ilə qurşaq tutub güclərini nümayiş etdirən gənc pəhləvan­lar tədbirə əsl bayram ab-havası qatıblar.

Kəngərli rayonu

Rayon mərkəzi Qıvraq qəsəbəsindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında keçirilən bayram şənliyində rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Novruz bаyrаmı münаsibətilə bəzədilmiş parkda böyük qələbəlik yaşanıb. Rаyon Mədəniyyət və Turizm Şöbəsinin “Kəngər” instrumental ansamblının, uşаq musiqi məktəblərinin musiqi kollеktivlərinin, folklor qruplаrının, “Sаzçаlаn qızlаr” аnsаmblının, Bahar qızının, rayon idmançılarının çıxışlаrı, at yarışı, Kеçəl və Kosаnın nümаyiş еtdirdiyi oyunlаr tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaradıb. Tədbirin keçirildiyi ərazidə göstərilən ictimai iaşə xidmətinə də maraq böyük olub.

Xatırladaq ki, Novruz bаyrаmı Kəngərli rаyonunun sakinləri üçün xüsusilə əlаmətdаrdır. Çünki bu rаyon Novruz bаyrаmı ərəfəsində - 2004-cü il mаrtın 19-dа yаrаdılıb. Bu barədə bayram şənliyində ətraflı məlumat verilib.

Qeyd olunub ki, yaradıldığı gündən ötən müddət ərzində Kəngərli rayonu böyük inkişaf yolu keçib. Rayon mərkəzi də daxil olmaqla, bütün kəndlərdə infrastruktur layihələri reallaşdırılıb, yollar abadlaşdırılıb, yaşıllaşdırma tədbirləri həyata keçirilib, əhalinin rifah halı yaxşılaşıb. Son dövrlərdə isə rayon ərazisindəki tarixi mədəniyyət abidələrinin bərpası və təmiri üçün mühüm işlər görülür. Belə ki, Qarabağlar kəndindəki Qarabağlar Türbə Kompleksində bərpa işləri davam etdirilir, Şahtaxtı kəndində isə Şahtaxtinskilər Muzeyi əsaslı təmir işlərindən sonra istifadəyə verilib. Rayon mərkəzində ucaldılan 48 mənzilli yeni yaşayış binası isə yaxın gələcəkdə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Sakinlər də məhz bu görülən işləri yüksək qiymətləndirir, rayon iqtisadiyyatının güclənməsinə öz töhfələrini verir, bölgədə həyata keçirilən quruculuq işlərində fəal iştirak edirlər. Ümumilikdə isə bütün sаhələrdə qаzаnılаn uğurlаr rayon sakinlərinin əhvаl-ruhiyyəsini dаhа dа аrtırır. Novruz bаyrаmı şənliklərində hər kəsin çöhrəsində bu yüksək əhvаl-ruhiyyə, xoşbəxtlik və sеvinc hissləri aydın duyulurdu.

Şahbuz rayonu

Şahbuz rayonunda keçirilən Novruz bayramına həsr olunmuş şənliklər öz rəngarəngliyi ilə yaddaqalan olub. Rayon Mədəniyyət Evinin “Batabat” instrumental ansamblı solistlərinin ifasında səslənən mahnılar alqışlarla qarşılanıb. Onların baharı, Azərbaycanı tərənnüm edən mahnıları dalğa-dalğa hər tərəfə yayılıb, şux, oynaq musiqi sədaları ətrafı bürüyüb. Qara zurnanın dağlarda əks-səda verən sədaları ilə meydanda çıxış edən rəqs və yallı kollektivlərinin, milli geyimli uşaqların çıxışları, uşaq musiqi məktəblərinin nağaraçalanlar qrupunun ifaları bayram tədbirinə xüsusi rövnəq verdi. Xalqımıza məxsus qədim Novruz adət-ənənələrinin, folklor nümunələrinin bölgədə qorunub saxlanıldığını və bu günə kimi yaşadıldığını bayramın əsas personajları olan Kosa və Keçəlin duzlu-məzəli söhbətlərində, kənd mədəniyyət evlərində fəaliyyət göstərən folklor qruplarının, “Hodu-hodu”, “Çöpüdü” kimi xalq oyunları ifaçılarının, sazçalan uşaqların çıxışlarında aydın şəkildə görmək mümkün idi.

Tədbirdə müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar, qədim xalq sənətkarlığı, milli mətbəx və əl işləri sərgiləri şənliyə yaraşıq verib. Şahbuz şəhər parkında təşkil olunmuş rəngarəng xidmətlər, milli şirniyyatlı çay süfrəsi tədbir iştirakçılarının rahat istirahət edə bilmələri üçün gözəl ab-hava yaradıb.

Qeyd edək ki, rayonda keçirilən bayram tədbiri əhaliyə göstərilən ticarət və iaşə xidmətləri ilə gün ərzində davam etdirilib.

Sədərək rayonu

Sədərək rayonunda keçirilən ümumrayon şənliyində bölgənin musiqi kollektivləri xalqımızın Novruz adət-ənənələrini, qədim el sənətkarlığından nümunələr nümayiş etdirib, Kosa, Keçəl və Bahar qızı tamaşa göstərib, rəngarəng konsert proqramı ilə çıxış ediblər. Sonra tədbir iştirakçıları Novruz bayramının əsas personajları olan Kosa və Keçəlin sərgüzəştlərinə baxıblar. Ulu Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Mədəniyyət işçilərinin rəqsləri, baharı, Azərbaycanı, Naxçıvanı tərənnüm edən mahnılar şənlik iştirakçılarında xoş ovqat yaradıb.

Sonra xalq yaradıcılığı nümunələrindən və yerli sahibkarların istehsal etdikləri məhsullardan ibarət sərgiyə baxılıb. Sərgidə xalq sənətinin ağacişləmə, dülgərlik, toxuculuq, xalçaçılıq, dəmirçilik, daşyonma sahələrini özündə əks etdirən nümunələr şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəşad Hüseynov: Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub

Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur - ŞƏRH

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Tarix Muzeyində mədəniyyətlərarası səyahət: uşaqlar Meksika və Azərbaycanı necə tanıdılar?

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Balıqçılıq və akvakultura sahəsində qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır

Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Fransada magistral avtomobil yollarına nəzarət üçün dronlar sınaqdan keçirilir

“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur

Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir

Hamza Hamzaoğlu: Türkiyə millisinin yarımfinala yüksəlməsi çempionluq qədər dəyərli olar – EKSKLÜZİV

Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan

“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir

Çin sınaq peykini kosmosa göndərib

Nəsimi rayonunda ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb

Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir

Muxtar respublikada 226 milyon 57 min manatlıq sənaye məhsulu istehsal edilib

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

Böyük Britaniyada hər gün 3000-ə yaxın xəstənin xidmət üçün uyğun olmayan yerlərdə müalicə aldığı açıqlanıb

Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək

Azərbaycanda Amerika Ticarət Palatası “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş verən qəzada 22 pakistanlı hərbçi həlak olub

Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub

BDYPİ: Texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələri yollarda ciddi risk yaradır

Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb

Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib

Yunanıstan səfiri “ASAN xidmət”də

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb

Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub

“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

Azərbaycanla İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib

Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir

Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib

“Bayer” heyətinə yeni futbolçu cəlb edib

Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb

Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub

Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm

Milli qurtuluşdan dövlətçilik zirvəsinə: BDU tələbələri Ulu Öndərin siyasi irsini öyrənirlər

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ

Ölkədə muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

Mətin Məmmədli: Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır

ABŞ-nin neft ehtiyatları azalıb

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Azərbaycanda beynəlxalq sertifikatların maliyyələşdirilməsi proqramı hazırlanır

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - RƏY

Fransadakı alman bunkerləri baxımsız qalıb

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

ADNSU-da respublika fənn olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb

Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək

Azərbaycan enerji sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır ŞƏRH

Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək

Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Oman sahillərində tankerdə yanğın baş verib

Qaya Məmmədov: Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb

Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib VİDEO

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib VİDEO

Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir- ŞƏRH

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir VİDEO

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir VİDEO

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Donald Tramp: İnflyasiyanı bəyənirəm

Teatr sənətinin vurğunu

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır VİDEO

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır VİDEO

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb