“NAXÇIVAN MUZEYLƏRİ” SƏNƏDLİ EKRANDA
“Azərbaycantelefilm” yaradıcılıq birliyi “Naxçıvan muzeyləri” adlı sənədli filmin çəkilişini başa çatdırmışdır.
Birlikdən AZƏRTAC-ın müxbirinə demişlər ki, filmin ssenari müəllifi Yaqub Məmmədov, quruluşçu rejissoru Elşən Zeynalovdur. Yeni sənədli ekran əsərində Naxçıvan muzeylərindən, onlarda qorunan qiymətli eksponatlardan və əsərlərdən geniş söhbət açılır.
Film yaxın günlərdə dövlət televiziyası ilə nümayiş etdiriləcəkdir.