Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib

Naxçıvan, 22 avqust, AZƏRTAC

Avqustun 22-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov deyib ki, son illər muxtar respublikada 200-dən artıq təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunubdur. Hazırda Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni binanın, eləcə də 12 məktəb binasının tikintisi və əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Həyata keçirilən tədbirlər məzunların buraxılış imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaradıb. 2016-cı ildə ümumtəhsil məktəblərini 3138 məzun bitirib. Məzunların 2469-u ali məktəblərə sənəd verib ki, bu da məktəbi bitirənlərin 78,9 faizini təşkil edir. Sənəd verənlərin 1244-nü və ya 50,4 faizini qızlar, 1225-ni və ya 49,6 faizini isə oğlanlar təşkil edir. Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə birgə bu il ali hərbi məktəblərə və digər ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 2674 nəfər olub. Bu isə, ümumilikdə, məktəbi bitirən məzunların 80 faizidir. Məzunlardan 191-i xüsusi təyinatlı ali məktəblərə qəbul üçün sənəd verib.

Qeyd olunub ki, ali təhsil müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda iştirak edən 2016-cı ilin məzunlarından 1538-i ali təhsil müəssisələrinə qəbul olub ki, bu da sənəd verənlərin 62 faizini təşkil edir. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 199-u ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olub. Bütövlükdə ali hərbi məktəblərə və Azərbaycan Respublikasının digər ali məktəblərinə 1737 məzun qəbul olubdur ki, bu da həmin təhsil müəssisələrinə sənəd verənlərin 65 faizini təşkil edir. Naxçıvan şəhəri üzrə 508 nəfər sənəd verib, 380 nəfər qəbul olub, Şərur rayonu üzrə 512 nəfər sənəd verib, 288 nəfər qəbul olub, Babək rayonu üzrə 452 nəfər sənəd verib, 251 nəfər qəbul olub, Ordubad rayonu üzrə 251 nəfər sənəd verib 167 nəfər qəbul olub, Culfa rayonu üzrə 302 nəfər sənəd verib, 156 nəfər qəbul olub, Şahbuz rayonu üzrə 136 nəfər sənəd verib, 83 nəfər qəbul olub, Kəngərli rayonu üzrə 146 nəfər sənəd verib, 87 nəfər qəbul olub, Sədərək rayonu üzrə 48 nəfər sənəd verib, 23 nəfər qəbul olub, Heydər Əliyev adına tam orta məktəb üzrə 58 nəfər sənəd verib, 49 nəfər qəbul olub, Naxçıvan Qızlar Liseyi üzrə 38 nəfər sənəd verib, 36 nəfər qəbul olub, Qarnizon tam orta məktəbi üzrə sənəd verən 18 nəfərin hamısı qəbul olublar. Yüksək bal toplayanların sayı ötən ilə nisbətən 25 nəfər, 600-700 arası bal toplayanların sayı isə 8 nəfər artıb. 2016-cı il qəbul imtahanlarında 121 məktəbin məzunları yüksək nəticələr göstərib.

Təhsil naziri deyib ki, ali təhsil müəssisələrinə qəbulda qızların da sayı artmaqdadır. 2016-cı ildə 500-700 arası bal toplayanların içərisində qızların sayı 194 nəfər və ya 57,5 faiz olub. Ümumilikdə tələbə adını qazanan məzunların isə 813 nəfəri və ya 53 faizi qızlardır. 2015-2016-cı tədris ilində tələbə adını qazanan məzunlardan 63-ü xüsusi təyinatlı ali məktəblərə qəbul olublar. Təhsil şöbələri və təhsil müəssisələri üzrə yüksək bal toplayanların sayı aşağıdakı kimidir: Naxçıvan şəhəri üzrə 90, Şərur rayonu üzrə 56, Babək rayonu üzrə 46, Ordubad rayonu üzrə 45, Culfa rayonu üzrə 35, Şahbuz rayonu üzrə 21, Kəngərli rayonu üzrə 16, Sədərək rayonu üzrə 5, Heydər Əliyev adına tam orta məktəb üzrə 10, Naxçıvan Qızlar Liseyi üzrə 10 və Naxçıvan Qarnizonunun tam orta məktəbi üzrə 4 məzun 500-700 arası bal toplayıb. Qeyd olunub ki, abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almağa daha çox üstünlük verirlər. 2016-cı ildə 998 məzun ixtisas seçimi zamanı Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər. Onlardan 655-i Naxçıvan Dövlət Universitetinə, 142-si “Naxçıvan” Universitetinə, 201-i isə Naxçıvan Müəllimlər İnstitutuna qəbul olublar. 27 məzun “Qızıl” və “Gümüş” medallara layiq görülüb. Qəbul imtahanlarında həmin məzunlardan 12-si 600-650, 15-i isə 650-700 arası bal toplayıblar. Yüksək bal toplayan abituriyentlərdən 178-i Naxçıvan Dövlət Universitetinə, 15-i Bakı Dövlət Universitetinə, 26-sı Azərbaycan Tibb Universitetinə, 23-ü Azərbaycan Dövlət İqtisad Universitetinə, 22-si Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 20-si Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 5-i Azərbaycan Diplomatik Akademiyasına, 5-i Bakı Ali Neft Məktəbinə qəbul olub.

Valideyn Cəmilə Əliyeva çıxış edərək deyib ki, muxtar respublikamızda Heydər Əliyev yolu davam və inkişaf etdirilir. Sosial-iqtisadi həyatda sürətli inkişafa nail olunur, şəhər və rayonlarımız günü-gündən abadlaşır, əhalinin yaşayış səviyyəsi yüksəlir. Övladlarımız yüksək qayğı ilə əhatə olunur və sağlam, milli ruhda böyüyürlər. Bu gün onların daha yaxşı təhsil almaları üçün hər cür şərait yaradılıb. Bu şəraitin nəticəsidir ki, ali məktəblərə qəbulda yüksək bal toplayanların sayı ilbəil artmaqdadır. Sonra valideyn Cəmilə Əliyeva qeyd edib ki, muxtar respublikada təhsilə göstərilən diqqət və qayğı nəticəsində onun övladı da 695 bal toplayaraq tələbə adını qazanıb. Valideyn üçün övladını təhsilli və vətənpərvər görməkdən böyük xoşbəxtlik ola bilməz. Cəmilə Əliyeva bütün bunlara görə valideynlər adından minnətdarlıq edib.

Qəbul imtahanlarında 696 bal toplayan Ramil Məmmədzadə çıxış edərək deyib: Bu gün bizim hamımız hədsiz sevinc və fərəh içindəyik. Ona görə sevinirik ki, tələbə adını qazanmışıq. Muxtar respublikamızda təhsil sahəsində həyata keçirilən islahatlar, məktəblərimizin ən müasir kompüter və elektron lövhələrlə, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi bizi daha yaxşı oxumağa ruhlandırıb. Bu şəraitdən istifadə edərək zəruri elmi biliyə və dünyagörüşə yiyələnmişik. Yaradılan şəraitə və çəkilən zəhmətə cavab olaraq digər həmkarlarım kimi mən də öz məsuliyyətimi dərindən dərk edərək qəbul imtahanlarında 696 bal toplamış və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq ixtisasına qəbul olunmuşam. Ramil Məmmədzadə gəncliyin inkişafına göstərdiyi qayğıya görə ali məktəblərə qəbulda yüksək bal toplamış bütün tələbələr adından Ali Məclisin Sədrinə minnətdarlıq edərək söz verib ki, milli dəyərlərimizə hörmətlə yanaşacaq, savadlı, vətənpərvər gənclər kimi yetişəcək və ölkəmizin daha da çiçəklənməsinə öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın ümumtəhsil məktəblərini bitirərək tələbə adını qazanmış bütün məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək deyib: Hər bir cəmiyyət inkişaf etmək, irəli getmək istəyirsə, ilk növbədə təhsilə diqqət yetirməlidir. Təhsil olmadan gələcək haqqında düşünmək mümkün deyil. Təhsilin cəmiyyətdə rolunu yüksək qiymətləndirən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Azərbaycan dövlətinin əsas məqsədi gənclərimizi təhsilə, elmə cəlb etmək, təhsilin keyfiyyətini artırmaq və bu sahəni daha da inkişaf etdirməkdir”.

Ali Məclisin Sədri deyib: Ötən əsrin 70-ci illərində Ulu Öndər tərəfindən əsası qoyulan yeni təhsil strategiyası bu gün də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında inkişafın əsas hərəkətverici qüvvəsidir. Hər il Naxçıvanda təhsil infrastrukturu müasirləşdirilir, yeni məktəb binaları, tədris korpusları istifadəyə verilir. Ümumtəhsil məktəblərində ən müasir tədris şəraiti yaradılmış, 3725 kompüter və 600-dən çox elektron lövhə quraşdırılmış, distant təhsil tətbiq olunmuşdur. Həyata keçirilən tədbirlər öz bəhrəsini vermiş, təhsildə ciddi dönüş yaranmış, tədrisin keyfiyyəti yüksəlmişdir. Bu il muxtar respublikanın ümumtəhsil məktəbi məzunlarından 338-nin ali məktəblərə qəbulda 500-700 arasında bal toplaması da uğurlu təhsil strategiyasının nəticəsidir. Gənclərin təhsili ilə yanaşı, sosial müdafiəsi və məşğulluqlarının təmin olunması da diqqət mərkəzindədir. Gənclər təhsil aldıqları ixtisas üzrə işlə təmin olunur, dövlət idarəçiliyində irəli çəkilirlər. Bir sözlə, müasir gəncliyə hər yerdə etibar və inam vardır.

Ali Məclisin Sədri gənclərə müraciət edərək deyib: Bu gün sizin həyatınızda mühüm mərhələ başlayır. Ölkəmizə və xalqımıza yararlı vətəndaş olmaq, əsl mütəxəssis kimi yetişmək üçün qarşınızda yeni imkanlar açılır. Bu imkanlardan yararlanmalı, daim öz üzərinizdə işləməli, mütaliə etməli, seçdiyiniz ixtisası dərindən mənimsəməlisiniz. Müasir dövrdə təhsil almaq gənclər üçün nə qədər vacibdirsə, peşə sahibi olmaq, əsl mütəxəssis kimi yetişmək də bir o qədər vacibdir. Bu gün sizə baxarkən gələcəyin həkimini, müəllimini, mühəndisini, hərbi qulluqçusunu və digər peşə sahiblərini görür və bununla qürur duyuruq. Gələcəkdə hansı sahədə çalışmağınızdan asılı olmayaraq müstəqil Azərbaycana ləyaqətlə xidmət etməlisiniz. Dünyagörüşünüzü inkişaf etdirməli, milli və ümumbəşəri dəyərləri, xalqımıza məxsus adət-ənənələri mənimsəməlisiniz. Bununla yanaşı həm də vətənpərvər olmalı, Vətən naminə çalışmalı, ümummilli liderimiz Heydər Əliyevin yoluna və ideyalarına sədaqət nümayiş etdirməlisiniz.

Ali Məclisin Sədri bu yolda gənclərə uğurlar arzulayıb.

Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Naxçıvan: Şərqin əfsanəsi” kitabı və pul mükafatı təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub