Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsinə xüsusi önəm verilir

Naxçıvan, 6 noyabr, AZƏRTAC

Dünyada enerji ehtiyatlarının getdikcə azalması, alternativ və bərpa olunan enerji mənbələrinə marağı artırmaqdadır ki, bu da gələcək üçün düşünülmüş konsepsiyaları olan ölkələri indidən müəyyən addımlar atmağa sövq edir. Azərbaycan da məhz bu cür ölkələrdəndir. Baxmayaraq ki, ölkəmiz mühüm enerji ehtiyatları ilə zəngindir, bərpa olunan enerji mənbələrindən istifadə bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasətin təməlində dayanır. Xüsusilə son illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin təmin edilməsi və əlavə (ixrac məqsədli) enerji potensialının yaradılması diqqət mərkəzində saxlanılır.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində muxtar respublikada dərc olunan “Şərq qapısı” qəzetinin şöbə müdiri, tədqiqatçı-jurnalist Səbuhi Həsənov deyib.

O, müstəqilliyimizin bərpasından sonrakı dövrə nəzər salaraq qeyd edib ki, ötən əsrin sonlarından blokadada saxlanılan muxtar respublikada reallaşdırılan tədbirlər nəticəsində 1992-ci ildə 60 meqavat gücündə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası, 2006-cı ildə Heydər Əliyev Su Anbarı üzərindəki 4,5 meqavat gücündə elektrik stansiyası, həmin ildə 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 2010-cu ildə 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə 20,5 meqavat gücündə “Arpaçay-1” Su Elektrik Stansiyası, həmin ildə 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyası, 2015-ci ildə 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası, (2017-ci ildə stansiyanın gücü daha 2 meqavat artırılaraq ümumi qoyuluş gücü 22 meqavata çatdırılıb), 2019-cu ildə 2 meqavat gücündə Kəngərli Günəş Elektrik Stansiyası və nəhayət, 2020-ci ildə 3 meqavat gücündə Qabıllı Günəş Elektrik Stansiyası tikilib istifadəyə verilib. Konkret nəticələrə gəldikdə, bu gün muxtar respublikada istismar olunan 10 elektrik stansiyasının ümumi qoyuluş gücü 244,4 meqavatdır. Bunlardan da ümumi qoyuluş gücü 97,4 meqavat olan 8 stansiya - 5 su və 3 Günəş Elektrik Stansiyası alternativ və bərpa olunan enerji mənbələri hesabına fəaliyyət göstərir. Hazırda tikintisi davam etdirilən 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasında və 15,6 meqavat gücündə Tivi Su Elektrik Stansiyasında işlər yekunlaşdıqdan sonra bərpa olunan enerji mənbələri hesabına fəaliyyət göstərən stansiyaların ümumi qoyuluş gücü 149 meqavat təşkil edəcəkdir ki, bu da muxtar respublikada enerji istehlakının 100 faizinin bu mənbələr hesabına ödənilməsinə imkan verəcək.

“Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə muxtar respublikada 418 milyon 385 min 251 kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bunun da 186 milyon 695 min 982 kilovat-saatı və ya 44,6 faizi istilik elektrik stansiyalarında, 194 milyon 216 min 469 kilovat-saatı və ya 46,4 faizi su elektrik stansiyalarında, 37 milyon 472 min 800 kilovat-saatı və ya 9 faizi isə Günəş elektrik stansiyalarında istehsal edilib. Alternativ və bərpa olunan elektrik enerjisi istehsalı ümumi istehsalın 55,4 faizini təşkil edib”, - deyən Səbuhi Həsənov bildirib ki, hazırda dünya üzrə yalnız bir neçə ölkənin enerji sərfində bərpa olunan enerjidən istifadə 50 faizi ötür.

Tədqiqatçı-jurnalist statistik məlumatlara əsaslanaraq vurğulayıb ki, ötən ildə ölkə üzrə Günəş Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 88,7 faizi muxtar respublikanın payına düşüb. Yeri gəlmişkən, bu, son hədd deyil. Şərur rayonu ərazisində də 5 meqavatlıq Günəş Elektrik Stansiyasının tikintisi nəzərdə tutulur. Bütün bunlar isə bir daha onu göstərir ki, muxtar respublikada bərpa olunan enerji mənbələri hesabına yeni elektrik stansiyalarının tikintisi gələcəkdə də davam etdiriləcək. Beləliklə, Naxçıvan Muxtar Respublikasında yaxın gələcəkdə qlobal enerji bazarının liderinə çevriləcək Günəş enerjisi istehsalının artımı üçün indidən əhəmiyyətli addımlar atılır. Belə ki, bu yaxınlarda Beynəlxalq Enerji Agentliyinin “Dünya enerji icmalı 2020” hesabatında bərpa olunan enerji mənbələri qarşıdakı 10 ildə elektrik enerjisinə olan qlobal tələbatın 50 faizini təmin edəcək. Enerji tələbatının ödənilməsində hidroelektrik enerjisi ən böyük paya sahib olacaq, Günəş isə ən çox artım göstərən enerji mənbəyidir. Bu işlər isə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə naziri: Sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Biləsuvara qonaq gedən Cəlilabad sakinləri qidadan zəhərlənib

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı