NAXÇIVANDA DA GÜCLÜ SAHİBKAR TƏBƏQƏSİ FORMALAŞMAQDADIR
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası idarə heyətinin sədri Abbas Babayev AZƏRTAC-ın müxbirinə demişdir ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası muxtar respublikada sahibkarlığın inkişafını sürətləndirmiş, əmək və təbii ehtiyatlardan səmərəli istifadəyə, yeni iş yerlərinin açılmasına, əhalinin rifahının yaxşılaşmasına səbəb olmuşdur. Ölkəmizin Prezidentinin son iki ildə üç dəfə regionumuza səfəri, gördüyümüz işlərə yüksək qiymət verməsi bizi daha əzmkarlıqla çalışmağa ruhlandırmışdır.
Sahibkarlığa dövlət köməyinin nəticəsidir ki, bu gün muxtar respublikada istehsal olunan məhsulun 82,9 faizi özəl bölmənin payına düşür. Bundan əlavə, hazırda daxili bazarda 45-dən çox adda ərzaq və qeyri-ərzaq məhsullarına tələbat yerli istehsal hesabına ödənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]