NAXÇIVANDA HEYDƏR ƏLİYEV ADINA HƏRBİ LİSEYİN NÖVBƏTİ BURAXILIŞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə növbəti buraxılış olmuşdur.
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov kursantları salamlamışdır.
Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının dövlət himnini ifa etmişdir.
Liseyin rəisi, general-mayor Rasim Əliyev təhsil ocağının fəaliyyəti, göstərilən dövlət qayğısı barədə məlumat vermişdir. Bildirmişdir ki, bu diqqət və qayğının nəticəsində 250-yə yaxın məzun artıq zabit rütbəsində ordu sıralarında xidmət edir.
Kursantlardan Vüqar Səbzəliyev təhsillərini uğurla başa vuracaqlarını, Vətənə sədaqətlə xidmət edəcəklərini, ulu öndər Heydər Əliyevin ideya-siyasi kursunun layiqli davamçıları olacaqlarını vəd etmişdir.
Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov buraxılış münasibətilə kursantları, müəllim və zabitləri, valideynləri təbrik etmişdir. O, hərbi liseyi fərqlənmə ilə bitirən kursantlara, bir sıra zabitlərə qiymətli hədiyyələr, pul mükafatları və “Heydər Əliyev: unudulmaz görüşlər” kitabını təqdim etmişdir.
Təhsil ocağının rəmzi kötüyünə xatirə lövhəsi vurulmuşdur.
Şəxsi heyət nizami addımlarla tribunanın önündən keçmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]