NAXÇIVANDA “NAXTEL” SİMSİZ RABİTƏ ŞƏBƏKƏSİNİN YENİ SERVİS XİDMƏTİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxtel” simsiz rabitə şəbəkəsinin yeni servis xidməti istifadəyə verilmişdir.
Bu xidmət vasitəsilə telefonların borca görə bağlanması və borc ödənildikdən sonra açılması avtomatlaşdırılmış şəkildə həyata keçiriləcəkdir. Yeni serverin istifadəyə verilməsi həm simsiz “Naxtel”, həm də simli telefon abonentlərinə 24 saat ərzində telefon borcları haqqında məlumat almaq imkanı verir.
Muxtar respublika ərazisində СDMA texnologiyasına əsaslanan “Naxtel” simsiz rabitə sistemi 2006-cı ilin martında istifadəyə verilmişdir. Hazırda “Naxtel”in 4000-dən artıq istifadəçisi vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:28]
BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub
- 19.06.2026 [12:10]
Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA
- 19.06.2026 [11:40]
Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]