REGİONLAR
Naxçıvanda noyabr ayının pensiyaları ödənilib
Naxçıvan, 7 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının pensiya ödənişi başa çatdırılıb.
Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.