Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub

Naxçıvan, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də Naxçıvanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyi qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir müqəddəs "Qurani-Kərim"dən ayələrin oxunması ilə başlanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 9 aprel tarixli Sərəncamına əsasən Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyinin ölkəmizdə geniş qeyd olunduğunu bildirib, yubileylər münasibətilə Allahşükür Paşazadə Həzrətlərini təbrik edib, ona uzun ömür və möhkəm cansağlığı arzulayıb.

Ali Məclisin Sədri deyib: Tarixə nəzər salsaq, aydın görmək mümkündür ki, din o yerdə mənəvi dəyər kimi formalaşır ki, orada dövlət başçıları dini dəyərlərə qayğı ilə yanaşır, din xadimlərinin fəaliyyətinə hərtərəfli şərait yaradırlar. Ötən əsrin 70-80-ci illəri və 1993-cü ildən sonrakı dövr Azərbaycan tarixində belə bir mərhələ təşkil etmişdir. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə dinə münasibətdə fərqli yanaşma ortaya qoymuş, dini-mənəvi dəyərlərimizin qorunub yaşadılması qayğısına qalmışdır. Bu gün ölkə Prezidenti tərəfindən davam etdirilən bu siyasət, Azərbaycanda formalaşmış dövlət-din münasibətləri, tolerantlıq və dini həmrəylik dünyada nümunə kimi qəbul edilir. Görkəmli din xadimi Şeyxülislam Allahşükür Paşazadə də fəaliyyətində Ümummilli Liderin ideyalarına sonsuz sədaqəti ilə seçilmiş, İslam dininin düzgün təbliği, cəmiyyətdə dini-mənəvi həmrəyliyin möhkəmləndirilməsi və dövlət-din münasibətlərinin inkişafında mühüm xidmətlər göstərmişdir. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, “Müqəddəs dinimiz olan İslamın gözəl ənənələrinin ölkəmizdə, eləcə də bütün Qafqaz bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində Şeyxülislam Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır. Onun Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdiyi illər ərzində bu dini qurum İslam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin həyatında fəallığının artırılması işində böyük rol oynayan mühüm mərkəzlərdən birinə çevrilmişdir”.

Ali Məclisin Sədri deyib: Şeyxülislam Allahşükür Paşazadə hələ orta məktəb illərində yerli ruhanilərdən dini təhsil almış, Buxarada “Mir-Ərəb” mədrəsəsinə daxil olmuş, buranı bitirdikdən sonra isə Daşkənd İslam Universitetində ali dini təhsilini davam etdirmişdir. Təhsilini başa vurub Azərbaycana qayıtdıqdan sonra Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Naxçıvan Muxtar Respublikasının qazısı vəzifələrində çalışmışdır. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilən Allahşükür Paşazadənin şeyxülislamlıq fəaliyyətinin ilk illəri Sovet imperiyasının çətin dövrlərinə təsadüf etmişdir. Lakin müxtəlif siyasi hadisələrin real şahidi və iştirakçısı olmasına baxmayaraq Şeyx Həzrətləri vətəndaşlıq mövqeyini və azərbaycançılıq ideyalarına sədaqətini hər zaman ləyaqətlə nümayiş etdirmişdir. Fərqli quruluşlarda fəaliyyət göstərsə də o, sülhməramlı tədbirlərin bilavasitə təşkilatçısı və təbliğatçısı kimi böyük şöhrət və nüfuz qazanmışdır. Sovetlər Birliyi dövründəki dörd müsəlman ruhani idarəsindən yalnız Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi Şeyxülislam Allahşükür Paşazadənin şəxsi nüfuzu sayəsində öz mahiyyətini qoruyub saxlamış, bu gün Qafqaz Müsəlmanları İdarəsi kimi regionun ən güclü dini mərkəzinə çevrilmişdir.

Qeyd olunub ki, istər keçmiş Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində Allahşükür Paşazadə xalqımız üçün taleyüklü məsələlərdə təkcə din xadimi kimi deyil, həm də ictimai fəaliyyəti ilə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir. 1989-cu ildə ilk müsəlman din xadimi olaraq SSRİ Ali Sovetinə xalq deputatı, həmçinin 1990-1995-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə Naxçıvan seçki dairəsindən deputat seçilən Şeyxülislam Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, bütövlükdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli və məhsuldar fəaliyyəti ilə seçilir. 20 Yanvar hadisələri zamanı dini rəhbər kimi imperiya qüvvələrinə qarşı mübarizədə göstərdiyi böyük fədakarlıq və tutduğu ədalətli mövqe, sonrakı dövrdə xalqımıza qarşı törədilmiş soyqırımları ilə bağlı dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə və nüfuzlu beynəlxalq təşkilatlara müraciətləri bunu bir daha təsdiq edir. Ulu Öndər Şeyx Həzrətlərinin müstəqil Azərbaycan naminə gördüyü işləri belə dəyərləndirirdi: “Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində Allahşükür Paşazadənin tutduğu əsl vətəndaş mövqeyi onun ölkədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində dini amilin gücündən düzgün istifadə etmək bacarığını nümayiş etdirdi”.

Ali Məclisin Sədri deyib: Qafqazda millətlərarası, dinlərarası və məzhəblərarası ayrı-seçkiliyin aradan qaldırılması, İslam həmrəyliyinin və tolerantlığın təmin olunması sahəsində Şeyx Həzrətlərinin mühüm xidmətləri vardır. Qafqaz Xalqları Ali Dini Şurasının Sədri kimi onun regiondakı münaqişələrin sülh yolu ilə həlli və sabitliyin əldə olunması, dinlər və məzhəblər arasındakı dostluq və dözümlülük münasibətlərinin möhkəmləndirilməsi naminə gördüyü işlər böyük dəyərə malikdir. Bir çox beynəlxalq dini qurum və mərkəzlərin rəhbərliyində təmsil olunan Şeyxülislamın mötəbər beynəlxalq konfranslarda dinlərarası dialoq və əməkdaşlıqla bağlı irəli sürdüyü təşəbbüslər daim yüksək dəyərləndirilir. Allahşükür Paşazadə görkəmli din alimidir. Elmlə dinin vəhdətini yaradan, dini təhsilin vacibliyini önə sürən Şeyxülislam tarix və ilahiyyat elmləri üzrə çoxsaylı monoqrafiyaların, elmi əsərlərin və məqalələrin müəllifidir. O, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-Dini Şura yaratmış və ölkənin görkəmli elm və din xadimlərini bu ali qurumun işinə cəlb etmiş, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Ekspertlər Şurasına üzv seçilmişdir. Dini maarifçiliyi daim ön planda saxlayan Şeyxülislam Allahşükür Paşazadənin əsərləri tədqiqatçılar üçün həm islamşünaslıq, İslam mədəniyyəti və təfriqəçilik, həm də Qurani-Kərimin təfsiri və tərcüməsi tarixinə dair qiymətli mənbələrdir.

Ali Məclisin Sədri deyib: Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə və beynəlxalq aləmdə böyük nüfuza malik olan şəxsiyyətdir. Onun Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş, ölkəmizin nüfuzlu mükafatları olan “Şərəf”, “İstiqlal”, “Şöhrət” və “Heydər Əliyev” ordenləri ilə təltif olunmuşdur. Lakin şəxsiyyəti ilə fəaliyyəti bir-birini tamamlayan, mənəvi borc anlayışını daim uca tutan Şeyx Həzrətləri çıxışlarının birində həyatda qazandığı bütün uğurların səbəbini belə izah etmişdir: “Heydər Əliyev həzrətləri bizi tolerantlığa, qardaşlığa, dinlər arasında dialoqa və bir-birinə hörmətə çağırırdı və bunu bizə öyrətdi. Bu siyasət bu gün də davam edir”.

Şeyxülislam Allahşükür Paşazadənin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoluna sonsuz sədaqəti, dövlət-din münasibətlərinin möhkəmləndirilməsi və Azərbaycan həqiqətlərinin müdafiəsi sahəsindəki çoxşaxəli fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir. Dövlət başçısının müvafiq Sərəncamında da deyildiyi kimi: “Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərmiş, yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmişdir”.

Ali Məclisin Sədri Şeyxülislam Allahşükür Paşazadəyə nəcib və şərəfli fəaliyyətində böyük uğurlar arzulayıb, əlamətdar yubileyləri münasibəti ilə bir daha təbrik edib.

Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublikasının 90 illiyi” yubiley xatirə qızıl medalını Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək deyib ki, Şeyxülislam Allahşükür Paşazadə dini-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz sahibidir. O, elmi mühitdə diqqəti cəlb edən elm adamıdır. Şeyx Həzrətləri 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb. 1999-cu ildən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin professorudur. O, İslam tarixi, ilahiyyat elmləri və İslam mədəniyyəti tarixi sahəsində Azərbaycanın ilk milli tarixçi-islamşünas alimidir. Şeyxülislam tarix və ilahiyyat elmləri üzrə “Qafqazda İslam”, “İslamda ümmət və şüubilik”, “Quranın təfsiri və tərcüməsi tarixi”, “Qurani-Kərimin ilahi hökmləri və öyrənilməsi”, “İslamda şəhidlik”, “Milli münasibətlər və din”, “Qurani-Kərimin ecazkarlığı”, “Qurani-Kərimdə insan təbiəti” adlı monoqrafiyaların, elmi əsərlərin və çoxsaylı məqalələrin müəllifidir. Şeyxülislamın təşəbbüsü və rəhbərliyi ilə respublikamızda onlarla beynəlxalq elmi konfranslar keçirilib. İsmayıl Hacıyev muxtar respublikanın ziyalıları və elm adamları adından Şeyxülislamı yubiley münasibətilə təbrik edib.

Naxçıvan Muxtar Respublika Qazısı Yanında Şuranın Sədri Sahib Məmmədov çıxış edərək deyib ki, Şeyxülislam Allahşükür Paşazadə İslamın inkişafı, çoxəsrlik milli və mənəvi sərvətlərin qorunması, sülhün və əmin-amanlığın, müstəqilliyin və ədalətin təntənəsi naminə Allaha xoş gələn və xalqımızın, dövlətçiliyimizin xeyrinə olan bir çox savab əməllərin təşəbbüskarçısıdır. Parlaq və işıqlı həyat sürən, xalqı və dövləti üçün hər an çalışan Allahşükür Paşazadə ömür yolu ilə hər bir din adamı üçün örnəkdir. Bu gün İslamın qədim mərkəzlərindən və İslam dininin olduğu kimi qorunub yaşadıldığı müqəddəs diyar Naxçıvanda Şeyx Həzrətlərinin 70 illik yubileyinin keçirilməsi mühüm əhəmiyyət daşıyır. Sahib Məmmədov Şeyx Həzrətlərinin yubileyinin muxtar respublikada qeyd olunmasını mənəvi dəyərlərimizə göstərilən qayğının daha bir ifadəsi kimi dəyərləndirib, muxtar respublika dindarları adından Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib.

Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein Şeyxülislam Allahşükür Paşazadəni yubiley münasibətilə təbrik edib. Qeyd olunub ki, Allahşükür Paşazadə nəinki Azərbaycan xalqı, eyni zamanda Qafqazda yaşayan digər xalqlar və rus xalqı tərəfindən böyük dini lider kimi qəbul olunur. Bu gün Azərbaycanda dini dəyərlərə xüsusi önəm verilir, məscidlər tikilir. Bütün dinlərə mənsub insanlar sülh və dostluq münasibətləri şəraitində azad və rahat yaşayırlar. Azərbaycandakı tolerantlığın, multikulturalizmin dünyaya tanıdılmasında Şeyxülislamın əvəzsiz xidmətləri vardır. Eyni zamanda, o, beynəlxalq tədbirlərdə iştirak etdiyi zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri birmənalı şəkildə ifadə edir və məsələnin sülh yolu ilə həllinin vacibliyini önə sürür.

Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev çıxışına şeirlə başlayıb:

Nələr keçməyibdir məğrur başından,

Üstünə tufan da, boran da gəldi.

Lakin əyilməyib daim yüksəlib,

Talış dağlarının vüqarı kimi.

Qürur əzəmətlə o ocaq qalır,

Azəri yurdunun baharı kimi.

Milix Yevdayev daha sonra deyib: Şeyx Həzrətlərinin fəaliyyətindən çox danışılıb, çox deyilib. Ulu öndər Heydər Əliyev deyirdi ki, “Bir xalq öz gələcəyi ilə o zaman fəxr edə bilər ki, o, gələcəyə dünənin çiyinlərində gedir”. Şeyx Həzrətləri də xalqının dünənini qoruyan, dəyərlərini yaşadan şəxsiyyətdir. Bu gün Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri arasında birlik vardır. Biz Yəhudilər Azərbaycan xalqı ilə uzun əsrlərdən bəri bir yerdəyik. Azərbaycan xalqı ilə birgə olub, onun şad gününə sevinirik. Bu işdə Şeyx Həzrətlərinin xidməti, əməyi böyükdür. Ölkəmizdə dini tolerantlıq var. Bütün dinlərin nümayəndələri üçün hərtərəfli şərait yaradılıb. Doğma Azərbaycanımıza Allah qələbə günü qismət eləsin. Uca bayrağımız Qarabağda dalğalansın.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib: Şeyx Həzrətlərinin tərcümeyi-halında Naxçıvan dövrü xüsusi yer tutur. O Naxçıvanın qazısı olub və bu torpaqdan SSRİ xalq deputatı və millət vəkili seçilib. Bugünkü tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Şeyx Həzrətlərinə verdiyi dəyər kimi qiymətləndirmək lazımdır. O, Azərbaycanın keçid dövründə göstərdiyi xidmətlərlə öz adını tarixə yazdıran şəxsiyyətlərdəndir. Azərbaycan müstəqillik əldə etməmişdən öncə Şeyx Həzrətlərinin böyük nüfuzu sayəsində İslam Əməkdaşlıq Təşkilatının üzv seçilib. Onun siyasi, ictimai, həm də elmi fəaliyyəti nümunə gücündədir. Şeyxülislam Azərbaycan xalqının yetirdiyi siyasi və ictimai xadim kimi bütün sahələrdə özünü təsdiq edib. Məhz Şeyxülislamın yubileyinin qeyd edilməsi də onun xidmətlərinə verilən yüksək qiymətdir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək deyib ki, Şeyxülislam həmişə xalqın ağır günlərində onun yanında olub, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində mühüm xidmətlər göstərib. O, nəinki Azərbaycanda, bütün Qafqazda dini həmrəyliyə nail olub. Allahşükür Paşazadə xalqın etibarını, inamını qazanmış dini liderdir. Bu gün Azərbaycan ölkə Prezidenti İlham Əliyevin Ulu Öndərin yolunu uğurla davam etdirməsi nəticəsində dünyada böyük nüfuza malikdir. Şeyx Həzrətləri bu sahədə hər zaman ölkə Prezidentinin yanındadır və ölkəmizdə multikultural və tolerant mühitin yaradılmasında mühüm xidmətləri vardır.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək deyib: Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti bir çox cəhətdən əhəmiyyətlidir. Dünya dini liderlərinin II Sammiti Şeyxülislamın beynəlxalq səviyyədə dini lider kimi qəbul olunduğunu bir daha təsdiq etdi. Çünki dünyada baş verən bir çox hadisələrin, müqayisəli məsələlərin həllində Şeyxülislam vasitəçilik edib, barış missiyasını həyata keçirib, sülhsevərlik istiqamətində fəaliyyət göstərib. Şeyxülislamın bu mərhələyə çatması Azərbaycanın dövlət müstəqilliyinin dini dəyərlərə, dini şəxsiyyətlərə verdiyi qiymətin, yaratdığı imkanın, açdığı böyük meydanın parlaq təzahürüdür. Allahşükür Paşazadənin xidmətlərindən biri də, dini dəyərlərlə milli dəyərləri uzlaşdırmağı bacarmasıdır. Bu gün Şeyxülislam Azərbaycan ziyalıları ilə çox yaxşı münasibətdədir. Onun Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlığı dini dəyərlərin, din faktorunun elmi ideyalar əsasında inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Bu gün dini-mənəvi dəyərlərin qorunub yaşadıldığı Naxçıvan Muxtar Respublikasında Şeyxülislam Allahşükür Paşazadənin yubileyinin qeyd olunması da onun şəxsinə verilən böyük qiymətin ifadəsidir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 70 illik yubileyinin Naxçıvanda qeyd olunmasına görə Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: “Bu gün ölkəmizdə dini dəyərlər yaşadılır. Ulu Öndərin yolunu davam etdirən ölkə Prezidenti dövlət-din münasibətlərinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Ölkəmizdə 70 illik yubileyimin qeyd olunması, bu gün isə qədim Naxçıvanda yubiley tədbirimin keçirilməsi fəaliyyətimə verilən yüksək dəyər və qiymətdir. Naxçıvanın mənim qəlbimdə xüsusi yeri vardır. Həyatda nəyə nail olmuşamsa, nə qazanmışamsa, onların hamısında Naxçıvanın payı var. Vaxtilə məni mərkəzdən uzaqlaşdırmaq üçün Naxçıvana qazı göndərdilər. Lakin burada qazı kimi fəaliyyət göstərdiyim illər həyatımın ən dəyərli mərhələsini təşkil etdi və məni formalaşdırdı. Əgər mən Azərbaycan Respublikasının Milli Məclisinə Naxçıvan seçki dairəsindən deputat seçilməsəydim, ölkəmiz üçün ağır günlərdə sözümü deyə bilməzdim. Bu şəraiti mənə naxçıvanlılar yaradıb. Ulu öndər Heydər Əliyev isə mənə həqiqəti görməyi, doğru yola getməyi, azərbaycançılığı, Vətəni və dini sevməyi öyrətdi. Allah mənə nə qədər ömür veribsə, bundan sonra da xalqıma, Vətənimə xidmət edəcəyəm”.

Sonra “Humanizmə çağırış” filminə baxış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Şeyxülislam Allahşükür Paşazadə tədbir iştirakçıları ilə xatirə şəkli çəkdiriblər.

Ordubadda “Allahşükür məscidi” istifadəyə verilib

Dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yubiley tədbiri çərçivəsində Ordubad rayonunun Dırnıs kəndində “Allahşükür məscidi” istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə açılış tədbirində iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək deyib: Yeni məscidin istifadəyə verilməsi Naxçıvanda dini dəyərlərə göstərilən qayğının nümunəsidir. Bu yol ulu öndər Heydər Əliyev yoludur. Bu yol Azərbaycanı daha işıqlı sabahlara aparır. İlk dəfə adım bir məsciddə əbədiləşir. Bu mənim üçün böyük qürur və iftixardır. Bütün bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımı bildirirəm. Allah doğma Azərbaycanımızı, Naxçıvanımızı qorusun”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Allahşükür məscidinin istifadəyə verilməsi münasibətilə dindarları və kənd sakinlərini təbrik edərək deyib: Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Şeyx Həzrətlərinin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illiyi ölkəmizdə qeyd olunur. İnsanın dəyəri onun əməyindədir. Zəhmət insanı şəxsiyyətə, ölkələri isə qüdrətli dövlətə çevirir. Şeyx Həzrətlərinin də bu illər ərzində zəhməti onun şəxsiyyət kimi formalaşmasına səbəb olmuşdur. Şeyxülislam Allahşükür Paşazadə Naxçıvanın qazısı olmuş, SSRİ Ali Sovetinin və Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir. Naxçıvanda onun adının əbədiləşdirilməsi Şeyxülislama göstərilən ehtiramın ifadəsidir. Çünki Allahşükür Paşazadə kimi dəyərli insanların fəaliyyəti nəticəsində bu gün ölkəmizdə dini sabitlik hökm sürür.

Ali Məclisin Sədri Allahşükür Paşazadəyə uzun ömür, cansağlığı arzulayıb, məscidin tikilməsində əməyi olanlara təşəkkürünü bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə məsciddə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, məsciddə axund otağı, qadın və kişi ibadət zalları, eləcə də digər otaqlar yerləşir. Minarəsinin hündürlüyü 19 metr olan məscidin həyətində dəstəmaz yeri tikilib, geniş abadlıq işləri aparılıb, işıqlandırma və suvarma sistemləri qurulub, istilik sistemi ilə təmin edilib.

Sonra məsciddə ilk namaz qılınıb, dualar oxunub.

Ali Məclisin Sədri sakinlərlə görüşüb.

Sakinlərdən Adil Möhsümov və Rza Allahyarov yaradılan şəraitə, göstərilən diqqətə görə kənd əhalisi adından minnətdarlıq ediblər. Rza Allahyarov deyib: “Naxçıvanda geniş quruculuq işləri aparılır. Bütün kəndlərimiz abadlaşır. Vaxtilə biz kənddə çox çətinliklərlə üzləşirdik. Lakin Ulu Öndərimizin siyasi xətti Azərbaycanı, onun hər bir guşəsini xoş günlərə qovuşdurdu. Artıq kəndlərimizdə sosial obyektlərlə yanaşı, məscidlər də tikilir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edir. Biz sakinlər, xalqımız ölkə Prezidentinin yanındayıq, onun siyasətini dəstəkləyirik”.

Dindar Ağəli İsaqov deyib: “Ali Məclis Sədrinin hər gəlişi rayonumuza yenilik gətirir. Yeni binalar, xəstəxanalar tikilir, yollar çəkilir. Bu gün ən ucqar kəndlərimiz belə elektrik enerjisi və təbii qazla təmin olunub. Muxtar respublikanın hansı guşəsinə ayaq qoysan, orada yeniliyin, abadlığın, səliqə-sahmanın şahidi olursan. Bu gün kənd məscidinin istifadəyə verilməsi də dindarlara və kənd sakinlərinə hədiyyədir. Dövlətimizin gündən-günə qüdrətlənməsi üçün namazımızda dualar edirik. Elmlə din vəhdət təşkil etməlidir. Əgər elm dindən ayrıdırsa uçurum, din elmdən ayrıdırsa xurafatdır. Muxtar respublikamızda başqa sahələr kimi, dinimizə də xüsusi qayğı ilə yanaşılır, məscidlər tikilir. Hər bir kənddən, şəhərdən azan səsi gəlir. Azan səsi gələn yerdə isə xeyir-bərəkət, birlik və rifah olar”.

Ali Məclisin Sədri deyib ki, bu gün ölkəmizdə sabitlik və inkişaf vardır. Bunlar olan yerdə isə insanlara qayğı göstərilir, onların yaşayışı üçün hərtərəfli şərait yaradılır. Sakinlər də bu imkanlardan düzgün istifadə etməli, tikilənlər qorunub saxlanılmalıdır.

X   X   X

Tikinti işləri aparılarkən məscidə 550 metr uzunluğunda yeni asfalt yol salınıb, 1 körpü tikilib, 110 metr beton su kanalı çəkilib, 19 su keçidi qoyulub. Həmçinin 220 metr məsafədə sahilbərkitmə işləri aparılıb, 100 metr istinad divarı tikilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib