Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

Naxçıvan, 12 may, AZƏRTAC

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılır, səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilir. Görülən işlər məhsul istehsalının artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılması heyvandarlığın inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Süni Mayalanma Mərkəzində görülən işlərlə maraqlanıb.

Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev məlumat verib ki, mərkəzdə südlük və ətlik-südlük istiqamətində “Holştein-friz”, “Simmental”, “Qafqaz camışı”, “Balbas”, “Mazex”, “Romanov”, “Hələb”, “Saanen” və yerli cins iri və xırdabuynuzlu törədicilər saxlanılır. Muxtar respublikada 2002-2019-cu illərdə 83 min 610 baş iribuynuzlu mallarda süni mayalandırma aparılıb, 53 min 584 baş cins buzov alınıb. Ana malların süni mayalandırılmasında südlük istiqamətdə “Holştein-friz”, südlük-ətlik istiqamətdə “Şvis”, ətlik istiqamətdə “Aberdin Anqus”, “Limuzin”, “Şarolle”, ətlik-südlük istiqamətdə isə “Simmental” cinsli törədici toxumlarından istifadə olunub. 2015-2019-cu illərdə alınmış 24 min 485 baş buzova görə sahibkarlara 2 milyon 448 min manat subsidiya ödənilib.

Hazırda muxtar respublikada 23 süni mayalanma məntəqəsi vardır. Həmin məntəqələrin tələbatını tam ödəyən maye azot istehsalı müəssisəsi də fəaliyyət göstərir. Yeni yaradılan mərkəz bu sahədə işləri daha da təkmilləşdirəcək, digər məntəqələrdə həyata keçirilən tədbirlər vahid mərkəzdən idarə olunacaqdır. Bununla da heyvanların cins tərkibinin yaxşılaşdırılması prosesi sürətlənəcək ki, bu da süd və ət istehsalının bir neçə dəfə artmasına imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Muxtar respublikada heyvandarlığın inkişafında əsas məsələ onun cins tərkibinin yaxşılaşdırılmasıdır. Ona görə də Süni Mayalanma Mərkəzinin yaradılmasına ehtiyac vardı. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral və 2019-cu ilin 22 noyabr tarixli sərəncamlarına əsasən muxtar respublikada Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı vəsait ayrılmış və mərkəzin tikintisinə başlanılmışdır. Muxtar respublikada nə keçmiş Sovetlər Birliyi dövründə, nə də müstəqillik illərində Süni Mayalanma Mərkəzi olmamışdır. Lakin 15 ilə yaxın bir dövrdə muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılmış, süni mayalanma tədbirləri həyata keçirilmişdir. Törədici toxumların və digər avadanlıqların idxal olunmasına baxmayaraq ötən dövrdə muxtar respublikamızda 83 min başa yaxın mal və camışlarda süni mayalanma aparılmış, 60 minə yaxın cins buzov alınmışdır. Artıq muxtar respublikada mal-qaranın cins tərkibində ciddi dəyişiklik vardır. Zərurət nəzərə alınaraq muxtar respublikada müasir Süni Mayalanma Mərkəzinin yaradılmasına başlanılmış və işlər əsasən başa çatmışdır.

Ali Məclisin Sədri deyib: Heyvandarlığın inkişafında ixtisaslı kadr hazırlığı və elmi yanaşma mühüm şərtdir. Çünki hər hansı bir sahədə inkişafa nail olmaq üçün, ilk növbədə, kadr hazırlığı aparılmalıdır. Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti ixtisası yaradılmış, müvafiq ixtisas üzrə təhsil alan tələbələr ödənişlərdən azad olunmuşlar. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində bu sahə üzrə təhsillərini başa vuran gənclərimiz hazırda muxtar respublikanın Dövlət Baytarlıq Xidmətində fəaliyyətlərini davam etdirirlər. Muxtar respublikada yeni Süni Mayalanma Mərkəzinin yaradılması da bu sahədə işlərin lazımi səviyyədə həyata keçirilməsinə imkan verəcəkdir. Tələbələr ali və orta ixtisas təhsili müəssisələrində bu işi nəzəri, Dövlət Baytarlıq Xidmətində və Süni Mayalanma Mərkəzində isə praktik cəhətdən öyrənəcəklər.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada süni mayalanma işinə ciddi diqqət yetirilməli, Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafında rayonlaşma aparmalı, ərazilərə uyğun heyvanların saxlanılması elmi əsaslarla öyrənilməli, sahibkarlar və əhali maarifləndirilməlidir. Heyvandarlığın inkişafında əsas məsələlərdən biri də təbiətə ziyan vurulmamasıdır. Muxtar respublikada təbiətin qorunması birinci məsələdir. Ona görə də aid qurumlar təbiətdən istifadə etməklə yanaşı, həm də onu qorumalı, maldarlığın və heyvandarlığın inkişafında rayonlaşmaya mütləq əməl edilməlidir.

Ali Məclisin Sədri bildirib ki, Süni Mayalanma Mərkəzi muxtar respublikada heyvandarlığın və maldarlığın inkişafına, bu sahədə mütəxəssislərin yetişməsinə böyük təkan verəcəkdir. Mərkəz istifadəyə verildikdən sonra baytar həkimlərin təcrübə və peşəkarlıqları daha da artacaqdır. Əvvəllər süni mayalanma materiallarının qonşu ölkələrdən gətirilməsində çətinliklər yaranırdı. Lakin bundan sonra azot istehsalı da daxil olmaqla, bütün materiallar yerli istehsal hesabına həyata keçiriləcək. Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin müvafiq ixtisaslarının tələbələri mərkəzdə yaradılan şəraitdən istifadə edərək biliklərini və praktik vərdişlərini artırmalı, elmi işlər götürülməli, bu sahə ilə bağlı xarici ədəbiyyatlar tərcümə olunaraq nəşr edilməlidir.

“Muxtar respublikada süni mayalanma işi ən kiçik detallar nəzərə alınmaqla həyata keçirilir. Bu sahədə fəaliyyətin düzgün təşkili, heyvanların cins tərkibinin yaxşılaşması insanların gəlirlərinin nəzərəçarpacaq dərəcədə artmasına imkan verəcəkdir. Bu gündən etibarən Süni Mayalanma Mərkəzi tədris sahəsi kimi baytarlıq təbabətilə məşğul olanların istifadəsinə verilir”, - deyən Ali Məclisin Sədri yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunacağına və mərkəzin inkişafının təmin ediləcəyinə əminliyini bildirib.

Baxış zamanı bildirilib ki, 2 hektar ərazidə inzibati bina, yataqxana, karantin binaları, baytarlıq klinikası, toxum alma sahəsi, tövlə, yem anbarları, texnika parkı və digər xidməti binalar inşa olunub. İnzibati binada yeməkxana və iş otaqları, elektron lövhə ilə təmin edilmiş təlim-tədris mərkəzi və arxiv, karantin binasında baytar otağı, anbar və törədicilərin saxlanma yeri, baytarlıq klinikasında heyvan saxlama yeri və müayinə otağı vardır. Toxum alma sahəsində laboratoriya yaradılıb. Burada ən müasir avadanlıqlar quraşdırılacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb