Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda uşaqların icbari dispanserizasiyadan keçirilməsi diqqət mərkəzindədir

Naxçıvan, 29 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” uşaq əhalisinin sağlamlığının qorunmasında yeni mərhələ açıb.

Muxtar respublikanın Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirlik tərəfindən xüsusi tədbirlər planı hazırlanaraq ötən ildən dövlət proqramının icrasına başlanılıb.

227 tibb müəssisəsi uşaqlara müasir səviyyədə xidmət göstərir

Sərəncamda da qeyd olunduğu kimi, dövlət proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır. Bu məqsədlə hazırda muxtar respublikada 227 tibb müəssisəsi tərəfindən uşaqlara müasir səviyyədə xidmət göstərilir. Müasir standartlara cavab verən Naxçıvan Muxtar Respublika Xəstəxanası, “Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsi, Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası, Doğum Perinatal Mərkəzi, Uşaq Bərpa Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi, Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, rayon mərkəzi və kənd sahə xəstəxanaları, kənd həkim ambulatoriyaları və feldşer-mama məntəqələri bu gün, eyni zamanda, uşaqların sağlamlığı keşiyindədir. Ötən il Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası əsaslı təmir edilərək yenidən qurulub, maddi-texniki bazası yenilənib, müasir standartlara cavab verən avadanlıqlarla təmin olunub. Ali Məclis Sədrinin tapşırığı ilə Şərur Rayon Uşaq Xəstəxanası yaradılıb və müasir, dünya standartlarına uyğun tibbi avadanlıqlarla təchiz edilərək yanvarın 24-də istifadəyə verilib.

Həmin tibb müəssisələrində uşaq əhalisinə tibbi yardım üçün Naxçıvan şəhərində 23 sahə, bu sahələrə nəzarət edən 16 həkim-pediatr, 33 tibb bacısı fəaliyyət göstərir. Pediatrlar və tibb bacıları tərəfindən mütəmadi olaraq sahələrə nəzarət olunur, yeni doğulmuş uşaqların qeydiyyatı və peyvəndə cəlb edilməsi işləri həyata keçirilir. 2018-ci ildə uşaq əhalisinə ixtisaslaşmış tibbi xidmət göstərmək məqsədilə həkim briqadaları tərəfindən pediatrı olmayan, yaxud sərhəd zonalarda yerləşən ucqar dağ kəndlərində 12 min 359 uşaq müayinə edilib, ehtiyacı olanlara tibbi xidmət göstərilib.

İcbari dispanserizasiya ilə əhatə olunmuş uşaqların elektron qeydiyyatı aparılır

İcbari dispanserizasiya ilə əhatə olunmuş uşaqların elektron qeydiyyatı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi tərəfindən həyata keçirilir. Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası və Şərur Rayon Uşaq Xəstəxanasında səhiyyə informasiya sistemi yaradılaraq dispanserizasiyadan keçmiş uşaqların elektron qeydiyyatı aparılır.

Dövlət təhsil müəssisələrində, o cümlədən bütün məktəb və bağçalarda pulsuz ilkin tibbi yardım xidməti təşkil olunub. Naxçıvan şəhərində 20 məktəb və bu məktəblərin hər birində pediatr və tibb bacısı fəaliyyət göstərir. Rayonlarda və kəndlərdə isə tibb müəssisəsinin pediatr və tibb bacıları tərəfindən məktəbdə oxuyan uşaqlar arasında dispanserizasiya, ilkin tibbi yardım, yoluxucu xəstəliklərin erkən aşkar olunması və müayinələrə cəlb edilməsi, profilaktik peyvəndlərin vaxtında vurulması, diaskin testlərinin nəticələrinin düzgün qeydiyyatı, həmçinin hiperergik reaksiyalı uşaqların Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində ixtisaslı həkimlər tərəfindən müayinəsi və müalicəsinin təmin olunması, qida blokuna nəzarət daim diqqət mərkəzindədir.

Ötən ilin oktyabr ayından uşaqların növbəti icbari dispanserizasiyasına start verilib

Ötən ilin oktyabr ayından etibarən 21 min 946 uşaq müayinə olunub, 7 min 281 nəfər müxtəlif xəstəliklərə görə dispanser qeydiyyata götürülüb. Bəzilərinin valideynləri ilə maarifləndirici söhbətlər aparılıb, ehtiyacı olanlar ixtisas həkimlərinə yönləndirilib. Rayonlar üzrə dispanserizasiyaya cəlb olunan uşaqların sayı 9 min 991 nəfər təşkil edib.

Uşaqlar arasında qurd invaziyalarının qarşısının alınması üçün şəhər və rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən ildə iki dəfə profilaktik müayinələr aparılır. Müayinə nəticələrinə uyğun olaraq, 2019-cu il üçün qurd əleyhinə 6 min “Mebendazol” tablet sifariş verilərək gətirilib və orta məktəb şagirdlərinə müalicəvi və profilaktik dozada təyin olunması nəzərdə tutulub.

Həm sahə həkimi və tibb bacıları, həm də məktəbə nəzarət edən pediatr və tibb bacısı uşaqlar və valideynlər arasında sanitar-gigiyenik qaydalar, həmçinin peyvəndlərin əhəmiyyəti və vurulma səbəbləri, uşaqların düzgün qidalanması və aktiv həyat tərzinin faydaları haqqında maarifləndirici söhbətlər aparırlar. Hər il muxtar respublikada bütün pediatrların və pediatriya sahəsində işləyən tibb bacılarının iştirakı ilə “Pediatriyanın aktual problemləri” mövzusunda geniş konfrans keçirilir. Xüsusən 1 yaşa qədər uşaqların yoluxucu xəstəliklərdən qorunması məqsədilə 2011-ci ildə yeni əlavələr edilmiş milli peyvənd təqvimindən istifadə olunur. Təkcə ötən il Doğum Mərkəzində və doğum şöbələrində doğulan 5 min 247 uşağa 12 saat ərzində hepatit B, 7 gün müddətində BÇJ peyvəndləri vurulub, poliomielit peyvəndi damcı şəklində verilib. 2 aylığından uşaqlara pentavaksin peyvəndi və digər peyvəndlər vurulub. Bütün bunların nəticəsidir ki, muxtar respublikada idarəolunan yoluxucu xəstəliklərin qarşısı alınıb.

Elektron sağlamlıq kartlarının tətbiqi uğurlu nəticələr verib

2009-cu ildən elektron sağlamlıq kartlarının tətbiqinə başlanılıb. Təkcə ötən il 1457 elektron kart alınaraq valideynlərə paylanılıb. Qaçqın və şəhid ailələrinin uşaqlarına, dövlət proqramı ilə əhatə olunmuş və imtiyazlı uşaqlara, yaxud valideynlərinin həyat şəraiti çətin olan uşaqlara yaş həddi qoyulmadan hər növ tibbi yardımın pulsuz göstərilməsi təmin edilib. Həmçinin sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası üçün Səhiyyə Nazirliyi tərəfindən 28 əlil uşaq Naxçıvan Muxtar Respublikası Uşaq Bərpa Mərkəzinə göndərilib.

Ötən il övladlığa götürülən 3 yaşınadək 11 uşaq Səhiyyə Nazirliyində mərkəzləşdirilmiş qeydiyyata alınaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verilib. Muxtar respublika və rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən qanunvericiliyə uyğun olaraq hər il azı iki dəfə olmaqla, məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə reydlər aparılır, sanitar-gigiyenik vəziyyətə, uşaqlara verilən qida məhsullarının keyfiyyətinə və günlük qida rasionlarının yetərli və tərkibinin çeşidli olmasına nəzarət edilir.

Valideynlərini itirmiş, yaxud valideynlərinin həyat şəraiti çətin olan əlil və qüsurlu uşaqların aşkar edilməsi və qeydiyyata alınması daim diqqətdə saxlanılır, həmin uşaqların Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə göndərilməsi həyata keçirilir. Bu müəssisədə 10 fiziki qüsurlu uşağa valideynə dəstək məqsədilə qulluq olunur.

Həkimlərin peşə hazırlıq səviyyəsi yüksəldilir

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisələrində uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə pediatriya sahəsində tibbi kadrların yetişdirilməsi, həkimlərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsi üçün ixtisas və təkmilləşdirmə kurslarına göndərilməsi işi daim təşkil olunur. Təkcə ötən il Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki araşdırma xəstəxanalarına və Bakı şəhərinə 50-yə yaxın həkim və orta tibb işçisi kurslara göndərilib. 132 tibb bacısı isə Naxçıvan tibb müəssisələrində iş yerində təcrübə üçün kurs keçib. Peyvəndlərin düzgün vurulması və ağırlaşmaların olmaması məqsədilə 30 vaksinatorun Naxçıvan Tibb Kollecində kursa göndərilməsi təmin olunub.

Keçən il talassemiyalı və hemofiliyalı uşaqlarda hepatit virusunun qanla yoluxma ehtimalı olduğundan bu virusa görə profilaktik peyvənd aparılıb. Həmçinin mövsümi xəstəliklər və onlardan qorunma yolları, uşaqların düzgün qidalanması, böyüməkdə olan orqanizmin sağlam olması üçün aktiv həyat tərzinin vacibliyi haqqında səhiyyə maarifi işi aparılır. Hər il “Antibiotiklərə dur” devizi ilə keçirilən konfranslarda uşaqlara təyin olunan antibiotiklərin zərərləri və dozalanmanın düzgün olmasının vacibliyi haqqında geniş məlumatlar verilir, müzakirələr təşkil edilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarı ilə Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasının həkimləri tərəfindən “Sağlam uşaqlarla sağlam gələcəyə” adlı kitab hazırlanaraq onlarda ən çox rast gəlinən xəstəliklər haqqında geniş və əhəmiyyətli məlumatlar verilib.

Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün hərtərəfli şərait var

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Rayon Uşaq Xəstəxanasının açılışında dövlət proqramında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini, eyni zamanda, səhiyyə protokollarına əməl edilməsini kollektivin qarşısında duran əsas vəzifə kimi irəli sürüb. Bu vəzifələr uşaq əhalisinə tibbi yardım göstərən bütün səhiyyə müəssisələrinə aiddir. Həmin müəssisələrdə yaradılan şərait, quraşdırılan müasir avadanlıqlar və həkimlərin kurslara göndərilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir.

Uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Hər bir şəxs uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməlidir. Çünki uşaqlar təkcə bir evin deyil, bütövlükdə, ölkəmizin ən qiymətli, ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyi qorumaq isə hamımızın borcudur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin vitse-prezidenti: İranla sülh razılaşması əldə olunmayıb, amma buna çox yaxınıq

Argentina millisinin heyəti açıqlanıb: Lionel Messi 6-cı dəfə dünya çempionatında

Avropa çempionatı: Azərbaycan millisinin rəqiblərinin oyununda qapılara qol vurulmayıb

Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir

Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılır

Baş nazir: Macarıstan Ukraynaya silah və hərbi texnika tədarük etməyəcək

Ukraynanın Trustkavets şəhərində yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb

Milli musiqi gecəsi - “Balabanın sehrində”

İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır

ABŞ, Meksika və Kanada futbol üzrə dünya çempionatında Ebola epidemiyası ilə bağlı səyahət məhdudiyyəti elan edib

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

Federasiyanın icraçı vitse-prezidenti: “Sea Breeze Marina” yaxta klubu Azərbaycanda su idman növlərinin inkişafı üzrə yeni məkana çevriləcək

BMT-nin Baş katibi üzv ölkələri maliyyə öhdəliklərini yerinə yetirməyə çağırıb

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

Norveç nəşri Osloda Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdən yazıb

Pakistanın xarici işlər naziri Vaşinqtonda İran münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr aparacaq

Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj

"Qəbələ" Premyer Liqada qalıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

“Opera Günləri” “Koroğlu” ilə başladı: səhnədə qəhrəmanlıq və sənət ahəngi VİDEO

“Opera Günləri” “Koroğlu” ilə başladı: səhnədə qəhrəmanlıq və sənət ahəngi VİDEO

Milli Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edir

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

Bu saata olan əsas xəbərlər

Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Qazaxıstan NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verib

Laçında Müstəqillik Günü musiqi və rəqslə qeyd edilib

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

İsveç övladlığa götürülmüş uşaqlar üçün dəstək mərkəzi yaradacaq

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

Qlobal istiləşmə Avropada ekstremal hava şəraitini gücləndirir

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

Cəlilabadda 18 yaşlı gənc suda boğulub

ADU-da Çin Elm və Texnologiya İşçiləri Günü qeyd edilib

Könüllülər Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər

Aİ Ukraynaya 2,8 milyard avroluq yeddinci maliyyə tranşının ayrılmasını təsdiqləyib

Şotlandiyadakı icma görüşünə böyük maraq göstərilib

Tatyana Srebnaya: Su idmanı xarakter və komanda ruhu tələb edir

Türkiyədən 28 May münasibətilə təbrik mesajları: “Bir millət, iki dövlət”

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

“Sea Breeze Marina” mövsümü reqata və digər su idmanı növləri ilə açıb

“Zirvəyə doğru qaçış" yarışında mindən çox idmansevər mübarizə aparıb

Qazaxıstanın Azərbaycan diasporu Müstəqillik Gününü qeyd edib

Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır VİDEO

Dövlət Sərhəd Xidmətində Müstəqillik Gününə həsr olunmuş tədbirlər təşkil edilib

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin şanlı zirvəsidir RƏY

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

BMT: Ukraynada bu ilin dörd ayında 815 mülki şəxs həlak olub

Gürcüstan və Türkiyə rəsmiləri Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər

Keniyada internat məktəbində baş verən yanğında 16 şagird ölüb

Rumın dilinə tərcümə olunmuş “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı olub

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

Burhanettin Duran: Əməkdaşlığımız regional sabitlik üçün önəmlidir

Küveyt raket və PUA hücumuna məruz qalıb

Azərbaycan minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

KOBİA: Azərbaycan məhsulları premium seqmentdə öz yerini tutmaqdadır - MÜSAHİBƏ

Dövlətimizin günü-gündən artan uğurları Azərbaycan Xalq Cümhuriyyətinə bir ithafdır - ŞƏRH

Çin və Serbiya valyuta mübadiləsi müqaviləsini yeniləyib

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib

Şahin Bayramov: Qarabağ Universitetinin fəaliyyəti müstəqil dövlətimizin qüdrətinin mühüm göstəricisidir

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

Müstəqillik Günü münasibətilə Varşavada rəsmi qəbul təşkil olunub

Şəki teatrı bayram günlərində məktəbli tamaşaçıları yeni tamaşa ilə sevindirir

Müqəddəs Taxt-Tacda 28 May – Müstəqillik Günü qeyd olunub

"Sabah" slovakiyalı hücumçu ilə vidalaşıb

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

AQTİ-nin səyyar laboratoriyaları Cəbrayıl və Füzulidə operativ xidmət göstərib

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB VİDEO

Vyanada “Kəlbəcərin zərif irsi – məfrəş“ adlı xüsusi moda nümayişi təşkil olunub

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib VİDEO

Çin Avropa İttifaqının yeni polad tariflərinə dair danışıqlar aparır

Batumidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Milli Müdafiə Nazirliyi: İstiqlal ruhu Türkiyə və Azərbaycan xalqlarının qəlbində yaşayır

Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Yaponiya parlamenti milli kəşfiyyat bürosunun yaradılması ilə bağlı qanun qəbul edib

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni aqrar inkişaf strategiyasında əsas mərkəzlərdən birinə çevrilir - ŞƏRH

Numan Kurtulmuş: Ümidvaram ki, Azərbaycanın müstəqilliyi əbədi olacaq

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib VİDEO

BMT: Qlobal temperatur 2030-cu ilə qədər rekord həddə qalacaq

Avropa Mərkəzi Bankı inflyasiyanın davam edəcəyi qənaətindədir

Almaniya XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Ukraynanın vitse-spikeri: Bu yay Bakı daha 120 ukraynalı uşağı qarşılayacaq

İstilik dalğaları Almaniya iqtisadiyyatına 100 milyard avrodan çox zərər vura bilər