Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib VİDEO
Naxçıvan, 26 fevral, AZƏRTAC
Fevralın 26-sı saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, faciənin ildönümü ilə əlaqədar muxtar respublikada nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb, avtomobillərdən siqnal verilib.
Qeyd edək ki, Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı ölkəmizin hər yerində, o cümlədən Naxçıvanda anım tədbirləri keçirilir.