Naxçıvanda yaşıllaşdırma tədbirləri davam edir
Naxçıvan, 15 may AZƏRTAC). Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, yazın əvvəlindən bu günə qədər Naxçıvan şəhərinin parklarında və şəhərin ətrafında 2000 ədəd meşə, 2500 meyvə ağacları, 6000 gül, 200 müxtəlif dekorativ bəzək və 400 ədəd soğanaqlı çoxillik gül kolları əkilmişdir.
Yaz aylarında keçirilən iməciliklərdə ağac və gül kollarına olan tələbatı ödəmək üçün idarənin 2,5 hektarlıq tingçilik təsərrüfatında 100 mindən çox həmişəyaşıl ağac, 15000 gül kolu, 30000 müxtəlif meyvə, 100000 ədəd dekorativ ağacları, 200000-dən çox mövsümlük gül şitili yetişdirilərək əkinə hazır vəziyyətə gətirilmişdir.
Salınan yaşıllıqların suya olan tələbatı nəzərə alınaraq suvarma sistemləri təmir olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:15]
Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır
- 09.09.2026 [13:13]
COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO
- 09.09.2026 [12:50]