Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Tacikistanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb.
Daimi nümayəndəlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasındakı münasibətlərin və Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı, qardaşlaşma, mədəni, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, hər iki regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.