Nazir: Azərbaycan şirkətləri Serbiyada yeni yolun tikintisinə cəlb oluna bilər
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan şirkətləri Serbiyada yeni yolun tikintisinə cəlb oluna bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Azərbaycan və Serbiya arasında əlaqələrin çox uğurla inkişaf etdiyini deyən iqtisadiyyat naziri qeyd edib ki, ölkələrimiz strateji tərəfdaşdırlar. 2013-cü ildə bu barədə deklarasiya imzalanıb. Bu il Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana səfəri çərçivəsində deklarasiyanın icrası istiqamətində tədbirlər planı imzalanıb. Bu strateji vacib sənəddir.
"Serbiyada Azərbaycan hökumətinin ayırdığı kredit hesabına avtomagistral inşa olunub. Bu istiqamətdə də danışıqlar davam etdirilir. Ola bilsin ki, Serbiyada yeni bir yolun tikintisinə Azərbaycan şirkətləri də cəlb edilsin", - deyə nazir qeyd edib.
Nazir bildirib ki, bu ilin doqquz ayında Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsi 33 faiz artıb. Ötən il isə bu rəqəm 36 faiz olub.
Azərbaycan-Serbiya əlaqələrini çox müsbət qiymətləndirdiyini vurğulayan nazir deyib: "Gələcəkdə də bu istiqamətdə çox önəmli addımlar atılacaq. Bugünkü Azərbaycan-Serbiya işgüzar görüşü də ölkələrimizin iqtisadi əlaqələrinin inkişafı baxımından çox əhəmiyyətlidir. İnanıram ki, tədbirin çox gözəl nəticələri olacaq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]