Nazir müavini: 2024-cü ilin sonunadək bütün ölkə fiberoptik internetlə əhatə olunacaq
Bakı, 10 noyabr, AZƏRTAC
Son bir il ərzində Azərbaycanda fiberoptik internetin inkişafı sahəsində kifayət qədər böyük işlər görülüb. İlin sonuna yaxın ölkə üzrə 30 faizə yaxın təsərrüfatın fiberoptik internetə qoşulması imkanı yaradılır.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 10-da keçirilən iclasında söyləyib.
O bildirib ki, 2024-cü ilin sonunadək bütün ölkə fiberoptik internetlə əhatə olunacaq. Qeyd edilib ki, internetin minimal sürətinin 25 meqabit olması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:19]
Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur
- 23.09.2026 [13:11]