NAZİRLƏR KABİNETİNİN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Iyulun 17-də Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə II Avropa Departamentinin direktoru cənab Con Odlinq-Sminin rəhbərliyi ilə ölkəmizə səfərə gəlmiş Beynəlxalq Valyuta Fondunun missiyasını qəbul etmişdir.
Qəbul zamanı Beynəlxalq Valyuta Fondu missiyasının Bakıya səfərinin əsas məqsədi barədə danışılarkən, makroiqtisadi sabitliyin olduğu, idarəetmə sahələrində struktur islahatlarının uğurla həyata keçirildiyi, Dövlət Neft Fondunun idarəçiliyində şəffaflığın təmin edildiyi məmnunluqla vurğulandı.
Daha sonra görüşdə Beynəlxalq Valyuta Fondu missiyasının respublikamıza gəlişinin məmnunluq doğurduğu qeyd olunaraq, ölkədə aparılan islahatların daha intensiv getməsi üçün bu nüfuzlu qurumun göstərdiyi yardımların böyük əhəmiyyət kəsb etdiyi nəzərə çatdırıldı.
Sonra baş nazir Artur Rasizadə Azərbaycan hökuməti ilə BVF arasında daim işgüzar əlaqələrin olduğunu bildirərək qeyd etdi ki, bu dəfəki səfər zamanı da missiyanın səmərəli işləməsi üçün hər cür şərait yaradılacaqdır.
Qəbulda yoxsulluğun azaldılması strategiyası, qeyri-neft sahələrinin inkişafına xüsusi diqqət yetirilməsi və habelə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]