ELM VƏ TƏHSİL
Neft-Kimya Prosesləri İnstitutu əməkdaşlarının yeni monoqrafiyası çapdan çıxıb
![Neft-Kimya Prosesləri İnstitutu əməkdaşlarının yeni monoqrafiyası çapdan çıxıb](/files/2022/2/1200x630/1657266919303996913_1200x630.jpg)
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) baş direktoru akademik Vaqif Abbasov və institutun əməkdaşları kimya elmlər doktoru, professor Çingiz Rəsulov, texnika elmləri doktoru, dosent Gülbəniz Muxtarova və kimya üzrə fəlsəfə doktoru Mehriban Nağıyeva və müəssisənin sabiq əməkdaşı kimya üzrə fəlsəfə doktoru Vaqif Mirzəyev tərəfindən yazılmış “Neft və qaz emalı prosesləri” adlı monoqrafiya çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a NKPİ-dən məlumat verilib. Bildirilib ki, monoqrafiya neft və qaz emalı proseslərinin çox əhatəli, geniş bir sahəsinə həsr olunub. Kitabda mövcud neft-kimya kompleksi qurğularının vacib xüsusiyyətləri və prinsipial sxemləri sadə formada təqdim olunur.
Kitabda, eyni zamanda, neft və qaz emalı sahəsində çalışan Azərbaycan alimləri və onların bu sahədə rolu haqqında qısa məlumat verilir.
Monoqrafiyadan kimya, kimya-texnologiyası fakültəsinin bakalavr və magistr pilləsində təhsil alan tələbələr, doktorantlar, neft və qaz emalı sahəsində çalışan mühəndislər istifadə edə bilər.