Neft-qaz sektoruna 2,3 milyard manatdan çox investisiya yatırılıb
Bakı, 12 iyun, AZƏRTAC
Cari ilin yanvar-may aylarında neft-qaz sektoruna 2 milyard 301,2 milyon manat yönəldilib. Keçən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 19,8 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 5 ayda neft-qaz sektorunda 9 milyard 252,4 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 1,1 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 1,2 faiz azalıb.
Sənaye məhsulunun 62 faizi mədənçıxarma sektorunda istehsal edilib. Mayda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 140,7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 152 faiz olub.
Mayın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 33,6 min nəfər çalışıb. Yanvar-aprel aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3736,8 manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]