“Neftçi” kapitanı ilə müqavilənin müddətini uzadıb, üç yeni basketbolçu transfer edib
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycanı FIBA Avropa Kubokunun qrup mərhələsində təmsil edəcək “Neftçi” basketbol klubu kapitanı Amil Həmzəyevlə müqaviləni yeniləyib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan millisinin də üzvü olan oyunçu ilə sözləşmənin müddəti daha bir mövsüm uzadılıb.
Bundan əlavə, yerli oyunçular - Əkbər Məmmədov, Fikrət Ələkbərov və Ağa Ağayev komandanın heyətinə cəlb olunub.
Qeyd edək ki, Ə. Məmmədov Azərbaycan millisinin formasını geyinir, son klubu NTD olub. F. Ələkbərov 20 yaşlılardan ibarət yığma komandada çıxış edib, son mövsümü “Quba”da keçirib.
A. Ağayev isə 16 yaşlı basketbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.