Neftin qiymətində aşağı istiqamətli dəyişkənlik davam edir
Bakı, 26 dekabr, AZƏRTAC
Neftin qiyməti 2017-ci ilin iyulundan bu vaxtadək ilk dəfə 50 dollar/barreldən aşağı düşüb.
AZƏRTAC xəbər verir ki, Milad bayramından sonrakı hərracda “Brent” markalı xam neftin bir barreli 50 dollardan ucuz satılıb. Beləliklə də “qara qızıl”ın qiyməti son 1,5 ilin minimumuna enib.
Ekspertlərin fikrincə, qiymətin ucuzlaşmasına səbəb dünyada iqtisadiyyatların artım problemləri və bunda artan “ticarət müharibələrinin” təsirli olmasıdır. Həmçinin maliyyə bazarlarındakı qarışıqlıq, tədarüklə bağlı narahatlıqlar, ABŞ-da neft istehsalının çoxalması, eləcə də OPEC və OPEC+ üzrə hasilatın azaldılmasına dair sazişin müddətinin artırılacağı istiqamətində qeyri-müəyyən fikirlərin səsləndirilməsi “qara qızıl”ın qiymətindəki geriləməyə təsir edən amillərdir.
Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 51,04 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 43,15 dollara satılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]