Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini yaxalanıb
Bakı, 11 iyun, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini K.Behbudov iyunun 10-da rayon ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Yasamal rayonu ərazisində tapılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini E.Gərəkməzli polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı tədqiqat davam etdirilir.