Nəqliyyatın intellektual idarə olunması sisteminin yaradılması gələn il fevralın sonunda başa çatacaqdır
Bakı, 16 may (AZƏRTAC). Azərbaycanda nəqliyyatın intellektual idarə olunması sisteminin yaradılması gələn il fevralın sonunda başa çatacaqdır.
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, intellektual idarəetmə mərkəzinin tikintisi üzrə işlərin bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Sistem çərçivəsində avtobus dayanacaqları üçün təqribən 640 meydanın (“cib”lərin), eləcə də taksilər üçün 140 meydanın yaradılması planlaşdırılır. Artıq 375 yeni dayanacaq yaradılmış, daha 290-dək dayanacağın yaradılması nəzərdə tutulur. Həmçinin 42 dayanacağın yerinin dəyişdirilməsi də planlaşdırılmışdır ki, onlardan da 10-u ləğv olunacaqdır.
Bakıda intellektual sistemin yaradılması çərçivəsində yeni tipli 450-yə yaxın avtobus dayanacağı yaradılacaq və burada elektron tablolar yerləşdiriləcəkdir. Bu da nəqliyyatın hərəkətini və avtobusların marşrutlarını peyk vasitəsilə müşahidə etməyə imkan verəcəkdir. Həmçinin, dayanacaqlarda quraşdırılan tablolar və kameralar vasitəsilə dayanacaqların yerləşdikləri məkanın effektivliyinin, onun zəruriliyinin və əhali tərəfindən istifadə olunmasının monitorinqi keçiriləcəkdir.
Bundan başqa, intellektual sistem çərçivəsində elektron tipli 150-yə yaxın yeni svetoforun yerləşdirilməsi də nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]
® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus
- 09.09.2026 [15:18]
Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir
- 09.09.2026 [13:55]