REGİONLAR
NƏRİMANOV RAYONUNDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ SATIŞ YARMARKASININ ÜNVANI DƏYİŞDİRİLMİŞDİR
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həftənin şənbə-bazar günlərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkası Nərimanov rayonu Ə.Əliyev küçəsi, 26 ünvanında yerləşən “Bakı-Taxıl” ASC-nin sahəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Ə.Əliyev küçəsi, 36 A ünvanında yerləşən Keşlə Ticarət Mərkəzinə köçürülmüşdür.