“Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olacaq

Bakı, 24 aprel, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Nəsildən-nəslə teatr” layihəsi uğurla davam edir. Layihə çərçivəsində keçiriləcək tematik seminarın “Teatr pedaqogikası: istedad yoxsa elm?..” adlı paneli aprelin 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə teatrın kiçik səhnəsində keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, panelin qonağı Əməkdar artist, rejissor, aktyor Nicat Kazımov teatr pedaqogikasının nəzəri-praktiki əsasları, teatr təhsilində ənənə və müasirlik, yeni yaradıcı tendensiyalar kimi mövzularda fikir mübadiləsi aparacaq.
Seminarın keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, gənclər teatrına müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2025 [20:08]
İstanbulda Azərbaycan caz musiqisinə həsr edilən konsert təşkil olunub
- 13.05.2025 [18:29]
İstanbulda “Azərbaycan Kino Günləri” keçirilir
- 13.05.2025 [17:00]
Şair-qəzəlxanın 75 illik yubileyinə həsr olunmuş gecə - “Hələ də gec deyil”
- 13.05.2025 [15:38]
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq forumda iştirak edib
- 13.05.2025 [12:59]
Kukla Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
- 13.05.2025 [12:25]
Musiqili Teatr görünməyən qəhrəmanların da sənət evidir - REPORTAJ VİDEO
- 13.05.2025 [11:23]