Nəsimi rayonunda silsilə oğurluqlar edən şəxs məsuliyyətə cəlb olunub
Bakı, 6 may, AZƏRTAC
Mayın 4-də paytaxtın Nəsimi rayonunda “VAZ-2107” markalı avtomobildən 250 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş E.Xıdırov Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun rayon ərazisindəki mağazaların birindən 500 manat məbləğində pul, 4800 manat dəyərində 40 mobil telefon və danışıq kartları oğurlaması da müəyyənləşdirilib.
Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]