“NETTY-2008”İN NOMİNANTLARI ELAN EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “NETTY-2008” milli internet mükafatının virtual münsiflər heyətinin səsverməsi başa çatmışdır. Səsvermə 300-dən artıq iştirakçı sayt arasında ən yaxşı internet resursları seçməyə imkan vermişdir.
Mayın 8-də müsabiqənin ikinci mərhələsi başlanmışdır. Müsabiqənin böyük münsiflər heyəti - veb-akademiya finala çıxan saytlar arasından “NETTY-2008”in qaliblərini seçəcəkdir. Mayın 17-də Bakı Əyləncə Mərkəzində müsabiqənin qaliblərinə mükafatlar təqdim olunacaqdır.
11 müsabiqə, 2 həvəsləndirici (“Ana dili”, “Ən yaxşı dizayn”), 1 fəxri (“Yerli informasiya texnologiyalarının inkişafına verdiyi töhfəyə görə”) nominasiyalarda 14 mükafat təqdim olunacaqdır. Qaliblərin hər birinə NETTY heykəlciyi və “NETTY-2008” milli internet mükafatının lideri statusu veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]