NHK: Putin Rusiyanın ötən il Azərbaycan təyyarəsini vurmasını etiraf edib
Pekin, 10 oktyabr, AZƏRTAC
Yaponiyanın nüfuzlu NHK televiziyası Rusiya Prezidenti Vladimir Putinin ötən il “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin atəşə məruz qalmasına Rusiyanın məsuliyyət daşıdığını etiraf etməsi barədə süjet yayımlayıb.
AZƏRTAC xəbər verir ki, süjetdə Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə Vladimir Putinin qəzanın faciə olduğunu və buna səbəb Rusiyanın hava hücumundan müdafiə sistemindəki texniki nasazlıqların olduğunu bildirdiyi vurğulanıb.
Qeyd olunub ki, Rusiyanın cənubuna uçan təyyarənin Qazaxıstanın qərbində qəzaya uğraması nəticəsində 38 nəfər ölüb.
NHK bildirir ki, Putinin şərhləri Azərbaycanla əlaqələri bərpa etmək cəhdi olduğu güman edilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]
Xalqın inamından tarixi Zəfərə ŞƏRH
- 03.10.2026 [13:07]
3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]