Niderlandın işgüzar nümayəndə heyətinin Bakıya səfəri başlayır
Bakı, 22 aprel (AZƏRTAC). “ADA” Universiteti və Maastrixt Menecment Məktəbinin əməkdaşlığı çərçivəsində aprelin 22-26-da Niderlandın işgüzar nümayəndə heyəti Bakıda səfərdə olacaqdır.
Aprelin 23-də qonaqlar “ADA” Universitetinin rektoru Hafiz Paşayev ilə görüşəcək, bu ali təhsil ocağı ilə tanış olacaqlar.
Görüşdə nümayəndə heyətinə Azərbaycanın iqtisadiyyatı və ölkəmizdə biznesin qurulması yolları haqqında məlumat veriləcəkdir.
Həmin gün Azərbaycan-Niderland biznes forumu keçiriləcəkdir.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirəcəkdir.
Aprelin 24-də “ADA” Universitetində Niderland səfirliyi tərəfindən Kral günü münasibətilə qəbul təşkil ediləcəkdir.
Bundan başqa, nümayəndə heyəti MsM məzunları və cari ADA-MsM MBA iştirakçıları ilə də görüşəcəkdir.
“ADA” Universiteti Niderlandın Maastrixt Menecment Məktəbi ilə birgə Ekzekyutiv MBA proqramını həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]