Nigeriyada yanacaq daşıyan maşının partlaması nəticəsində yüzə yaxın insan ölüb
Bakı, 16 oktyabr, AZƏRTAC
Nigeriyanın şimalındakı Ciqava əyalətində yanacaq daşıyan maşının partlaması nəticəsində 94 nəfər həlak olub, 50-yə yaxın insan xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, Nigeriya polisinin məlumatına görə, yerli əhali qəzaya uğrayan maşından axan yanacağı yığmağa cəhd edərkən partlayış baş verib.
Əhalisi 220 milyonu ötən Nigeriyada tez-tez ağır avtomobil qəzaları baş verir. Mütəxəssislərin fikrincə, buna əsasən sürücülərin ehtiyatsızlığı, yol örtüyünün pis olması və nəqliyyat vasitələrinin acınacaqlı vəziyyəti səbəb olur. Effektiv dəmir yolu şəbəkəsinin olmaması səbəbindən ölkədə yük daşımalarının əksəriyyəti avtomobil yolları ilə həyata keçirilir.
Təkcə 2020-ci ildə Nigeriyada 535 nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olub, mindən çox insan yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]