İQTİSADİYYAT
NİİM birinci Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı küçələrin adını açıqlayıb
![NİİM birinci Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı küçələrin adını açıqlayıb](/files/2015/2/1200x630/1433927517453846321_1200x630.jpg)
Bakı, 10 iyun, AZƏRTAC
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi iyun ayının 10-u və 12-də Bakı şəhərində birinci Avropa Oyunları ilə əlaqədar nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılacağı küçələrin adlarını açıqlayıb.
NİİM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakıda Məşəlin Səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:
-Şəmsi Bədəlbəyli küçəsi
-Səməd Vurğun küçəsi
-Bülbül prospekti
-Rəşid Behbudov küçəsi
-Azadlıq prospekti
-İstiqlaliyyət küçəsi
-Niyazi küçəsi
-Şövkət Ələkbərova küçəsi
12 iyun “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimi günü, aşağıda qeyd olunan yollarda 16.00-dan, növbəti gecə saat 02.00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:
-Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək
-Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməyədək.