Nijni Novqorod Filarmoniyasında Qara Qarayevin xatirəsinə həsr edilən konsert olacaq
Moskva, 23 yanvar, AZƏRTAC
Fevralın 5-də Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibətilə Nijni Novqorod Filarmoniyasında ölməz musiqiçinin xatirəsinə həsr edilən konsert olacaq.
AZƏRTAC xəbər verir ki, konsertdə beynəlxalq mükafatlar və müsabiqələr laureatı Olqa Domninanın (fortepiano) ifasında Qara Qarayevin 24 prelyüdü, “Yeddi gözəl” baletindən fortepiano üçün süitası, habelə bəstəkarın oğlu Fərəc Qarayevin fortepiano üçün 2 nömrəli sonatası səsləndiriləcək.
Konsertdə Dmitri Şostakoviçin seçilmiş prelyüdləri də ifa ediləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]