“Nizami Gəncəvi yaradıcılığına əxilik ideologiyasının təsiri” monoqrafiyası nəşr olunmuşdur
Bakı, 5 mart (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Regional Elmi Mərkəzinin nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzində tarix üzrə fəlsəfə doktoru Samir Pişnamazzadənin “Nizami Gəncəvi yaradıcılığına əxilik ideologiyasının təsiri” monoqrafiyası nəşr olunmuşdur.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, dahi şairin anadan olmasının 870 illik yubileyi münasibəti ilə hazırlanmış monoqrafiya Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə işıq üzü görmüşdür.
Kitabda əxilik ideologiyasının Nizami Gəncəvi yaradıcılığına təsiri araşdırılmış, həmçinin şairin əsərlərində sufizm və irfan dünyagörüşü təhlil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]