NİZAMİ RAYONUNDA BÖYÜK VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 9-da Nizami rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 63 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev, ictimaiyyətin nümayəndələri veteranları Qələbə günü münasibətilə təbrik edərək, Keşlə qəsəbəsində Vətən müharibəsi qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksinin önünə əklil və gül dəstələri düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
İcra hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin veteranlara diqqət və qayğısından danışmış, bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırmışdır.
Veteranlar isə müharibədə azərbaycanlıların göstərdikləri qəhrəmanlıqlardan, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində keçirdikləri görüşlərdən danışmış, yaxın vaxtlarda xalqımızın Qarabağ torpaqlarını erməni işğalçılarından azad edəcəyinə əmin olduqlarını bildirmişlər.
Daxili imkanlar hesabına hər veterana maddi yardım verilmiş, onlara gül dəstəsi təqdim olunmuşdur.
Heydər bağında veteranlar üçün bayram süfrəsi açılmış, konsert proqramı təşkil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 05.06.2026 [19:03]