Norveç xarici səfərlərə qoyulan məhdudiyyətləri avqustun 20-dək qüvvədə saxlamaq niyyətindədir
Stokholm, 17 may, Rauf Əliyev, AZƏRTAC
Norveç hökuməti vətəndaşların xaricə səfərlərinə qoyulan məhdudiyyətləri avqustun 20-dək qüvvədə saxlamaq niyyətindədir.
AZƏRTAC Norveç KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Krallığın Baş Naziri Erna Sulberg açıqlama verib.
“Biz bu məhdudiyyətləri lazım olduğundan daha uzun müddət qüvvədə saxlamaq istəmirik. Eyni zamanda, insanları və ölkənin turizm sənayesini mümkün qədər qabaqcadan məlumatla təmin etmək niyyətindəyik”, - deyən Erna Sulberg norveçlilərə yay tətillərini ölkədə keçirməyi tövsiyə edib.
Qeyd edək ki, Norveçdə kənd təsərrüfatı, balıqçılıq və ya neft sənayesi kimi sektorlarda işləyən əcnəbilərin ölkəyə gəlməsinə artıq icazə verilir. Lakin hər bir əcnəbi Norveçə gələndən sonra 10 günlük məcburi karantinə yerləşdirilir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]