DÜNYA
Nottingem vağzalında yanğın qatarların hərəkətini iflic edib VİDEO
Bakı, 12 yanvar, AZƏRTAC
Mərkəzi İngiltərədə yerləşən Nottingem şəhərinin dəmiryol vağzalında güclü yanğın pik vaxtı qatarların hərəkətini iflic edib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, yanğın səhər saatlarında başlayıb. Hadisə yerinə 10 xüsusi avtomobil və 50-dən çox yanğınsöndürən cəlb olunub. Hazırda alov binanın damının bəzi hissələrinə yayılıb.
Yanan vağzal binasının yaxınlığında tibb işçiləri növbə çəkir. Zərər çəkənlər barədə məlumat daxil olmayıb, polis yaxınlıqdakı məhəlləni dövrəyə alıb.
Bürün yerli xətlərdə qatarların hərəkəti dayandırılıb. East Midlands Trains kompaniyası bütün gün ərzində qatar reyslərinin hamısının ləğv edildiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]